vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 13 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
15:06 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 78 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyaya qarşı yeni sanksiya

AB ölkələri 16-cı paketlə bağlı razılığa gəliblər

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Birliyinə (AB) üzv ölkələr Rusiyadan alüminium idxalını qadağan edən və Rusiyanın kölgə donanmasını hədəf alan yeni sanksiyalarla bağlı ortaq məxrəcə gəliblər.

AB Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında təşkilata üzv ölkələrin fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin ildönümü üçün hazırlanan 16-cı sanksiya paketi ilə bağlı razılığa gəldiyini açıqlayıb: “Mən 16-cı sanksiya paketimizlə bağlı razılaşmanı alqışlayıram, – deyən von der Leyen, paketin AB-nin kölgə donanmasında olan gəmiləri hədəf aldığını və ölkəyə yeni idxal və ixrac qadağaları tətbiq edəcəyini söyləyib.

Von der Leyen sanksiyalardan yayınma cəhdlərinə qarşı da tədbir gördüklərini qeyd edib və Kremlə təzyiqləri davam etdirməkdə qərarlı olduqlarını bildiriblər.

Tam təfərrüatları açıqlanmayan yeni sanksiyalara Rusiya alüminium məhsullarının AB-yə idxalına mərhələli qadağa qoyulması və xam neft satışını hədəfləyən tədbirləri sərtləşdirəcək.

Sanksiya siyahısına bəzi Rusiya bankları və çoxlu sayda fiziki şəxslər və şirkətlər ilə yanaşı, Rusiyanın məhdudiyyətləri pozaraq xam neft ixrac etmək üçün istifadə etdiyi 73 kölgə donanması tankeri də yer alacaq.

AB indiyədək müharibə səbəbindən Rusiyaya qarşı 15 sanksiya paketi tətbiq edib. Bu kontekstdə Rusiya ticarət, maliyyə, enerji, o cümlədən neft və kömür, sənaye, texnologiya, nəqliyyat, qızıl və almaz da daxil olmaqla geniş məhdudiyyətlərə məruz qalıb.

Sanksiyalar həmçinin xam neftin və bəzi neft məhsullarının Rusiyadan AB-yə daşınmasına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılmasını da əhatə edir.

AB-nin sanksiya siyahısında 2000-dən çox şəxs və qurum var.