vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ANALİZ  
21:28 | 19 fevral 2025 | Çərşənbə Məqaləyə 123 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zelenskinin Ankara səfəri

Türkiyənin oyuna daxil olması əli ilə bərabər, risklərini də gücləndirir

Aqşin KƏRİMOV, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanındakı Rusiya-ABŞ müzakirələri fonunda Avropa İttifaqı Ukrayna ilə bağlı məqamdan yararlanmaq istəyir. Burada Böyük Britaniya Avropa İttifaqını öz məqsəd və prioritetlərinə tabe etdirməyi hədəfləyir.

Böyük Britaniya baş naziri Keir Starmer təhlükəsizlik zəmanətlərini təmin etmək üçün ordusunun quru qoşunlarının Ukraynaya yerlşdirməyə hazır olduğunu bildirir. Bu, Londonun Avropanın Ukraynaya dəstək mövzusunda konsensus yaratmaq üçün səylərinin bir hissəsidir.

Almaniya bu təklifə qarşı çıxmaqla əslində Böyük Britaniyanın Ukraynadakı müharibə və döyüş prioritetlərini dəstəkləməsinin gələcək üçün yarada biləcəyi eskalasiya risklərinə etiraz edir.

Ümumilikdə Avropa Birliyinin Böyük Britaniyanın ölçülərinə hansı səviyyədə dəstək göstərəcəyi suallar doğurur, hərçənd ki, artıq 700 milyard dollarlıq  yardım paketinin Ukraynaya veriləcəyi informasiyaları mövcuddur.

Parisdə NATO, AB və Avropa ölkələri liderlərinin keçirdiyi iclas Səudiyyə Ərəbistanındakı Rusiya-ABŞ danışıqlarına bir gün əvvəldən verilən kəskin reaksiya idi. Bu o deməkdir ki:

– Avropa qitəsinin nüvə gücləri olan Böyük Britaniya və Fransa ABŞ ilə fikir ayrılıqları fonunda öz səylərini birləşdirməyə çalışırlar;

–  Fransa Prezidenti Emmanuel Makronun fransız qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yanaşmasını Böyük Britaniya da indi istinad nöqtəsinə gətirir.

­Bununla belə, Böyük Britaniya ilə Fransanın gələcək təhlükəsizlik yerləşdirilməsindəki funksiyalarının ölçüləri, imkanları vahid pəncərə yarada bilmək potensialından uzaqlaşa bilər.

Rusiya ilə ABŞ-nin Ukraynasız müzakirələr aparması Avropa Birliyinin sinirlərinə ona görə toxunur ki, o, Vaşinqtonun Rusiyaya güzəşt edəcəyindən ehtiyatlanır.

Rusiya isə bunun müqabilində ABŞ-yə Yaxın Şərqdə jest göstərə bilər. Elə Ər-Riyada gedən nümayəndə heyətinin içərisində Donald Trampın Yaxın Şərq üzrə elçisi Stiv Vitkofoun olması da “Ukrayna və Yaxın Şərq” mövzusundakı nüfuz sektorlarının bölünəcəyi fikirlərini gücləndirir.

Lakin nə ABŞ, nə də Rusiya hələlik belə bir güzəşt üçün yekun razılıq əldə etməyib. Əldə edilsə:

– ABŞ Ukraynanı Rusiyanın ambisiyaları çərçivəsinə qurban verəcək və əvəzində Yaxın Şərq regionunda qiymətli aktivlər əldə etməyə çalışacaq. Bu, İran üçün əlavə strateji zərbə, İsrail üçün isə qiymətli akt sayılacaq;

– Postsovet məkanında, o cümlədən Cənubi Qafqazda ABŞ-nin maraqları format olunacaq və Rusiya ilə uzlaşdırılmış səhnə qurulacaq;

– Avropa Birliyi narahatlıqlarının Cənubi Qafqazla əlaqədar hissələri də var. Çünki Donald Tramp Cənubi Qafqazı Rusiyanın təsir zonasına salsa, Avropa Birliyinin Ermənistandakı Monitorinq Missiyasının varlığı da təhlükə altına düşəcək.

Rusiya ilə ABŞ arasındakı danışıqları Ukraynanın taleyi və mənəvi baxımdan “vicdanlı” müzakirələr kimi etiketləyə bilmərik. Buna görədir ki, Vladimir Zelenski Ukraynanın təhlükəsizliyi məsələsindəki maksimalist məqsədlərini qorumaq üçün Türkiyəyə səfər edərək Rəcəb Tayyib Ərdoğandan kömək istəyib.

Bu, Türkiyənin Ukrayna müharibəsinin həllindəki strateji portfelini qüvvətləndirir və Ankara Cənubi Qafqazla bağlı da siyasətini Rusiya-ABŞ danışıqları fonunda yenidən nəzərdən keçirir. Bu baxımdan Türkiyənin digər oyunçularla potensial olaraq əməkdaşlıq sahəsi böyüməklə bərabər, Ankaranı bir sıra risklərlə də üzləşdirir...