vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
AVROPA  
17:08 | 20 fevral 2025 | Cümə axşamı Məqaləyə 75 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Starmerdən Zelenskiyə dəstək

ABŞ səfəri ərəfəsində baş nazir prezidentə zəng edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Böyük Britaniyanın baş naziri Keir Starmer çərşənbə günü ABŞ prezidenti Donald Trampın “seçilməmiş diktator” kimi təsvir etdiyi Ukrayna prezidenti Vladimir Zelenskiyə “demokratik yolla seçilmiş” kimi dəstəyini ifadə edib.

Starmer gələn həftə Vaşinqtonda ABŞ prezidenti ilə görüşməlidir. Böyük Britaniyanın baş naziri ABŞ-ın Ukraynaya dəstəyi kəsəcəyi qorxusu ilə artan gərginlik fonunda amerikalıları və avropalıları Ukrayna məsələsində bir araya gətirməyə çalışır.

ABŞ prezidentinin Zelenski ilə bağlı son şərhlərinə heç bir açıq istinad etmədən, “Downing Street” sözçüsü açıqlamasında bildirib ki, Leyboristlər Partiyasının baş naziri Ukrayna prezidentinə zəng edib və Ukraynanın demokratik yolla seçilmiş prezidenti kimi ona dəstəyini ifadə edib. Sözçü deyib ki, ikisi arasında telefon danışığı zamanı Starmer “İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniyanın etdiyi kimi, müharibə dövründə seçkiləri dayandırmağın tamamilə məqsədəuyğun olduğunu bəyan edib”.

Ukrayna prezidentinin səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatıb. Lakin milyonlarla ukraynalının ölkəni tərk etməsi və ərazisinin 20 faizinin Rusiyanın işğalı altında olması, müharibə və hərbi vəziyyət səbəbindən Ukraynada seçkilər keçirilmədi.

Açıqlamada Starmerin ABŞ-ın Ukraynada Rusiyanı gələcək təcavüzündən çəkindirəcək davamlı sülhün əldə edilməsi səylərinə dəstəyini təkrarladığı qeyd edilib.