vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
22:22 | 20 fevral 2025 | Cümə axşamı Məqaləyə 77 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya iflas ərəfəsindədir

Avropa vuruşmaq istəmir, çünki ...

E.HƏSƏNLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rəsmi statistikaya görə, 2024-cü ildə Avropa Birliyinin hərbi xərcləri 326 milyard avro olub. Bu vəsait Ümumi Daxili Məhsulun (ÜDM) cəmi 1.9 faizinə bərabərdir.

Rusiyanın hərbi büdcəsi 2025-ci ildə 126 milyard dollar olacaq. Bu isə Rusiya büdcəsinin 32. 5 faizi deməkdir.

Avronun dollardan xeyli baha olmasını nəzərə alaraq deyə bilərik ki, Avropa Birliyi (AB) Rusiyadan 3-4 dəfə daha çox hərbə pul ayırır...

Avropa birliyi istəsə hərbi xərclərini ən azı 2, hətta 3 dəfə artıra bilər. Özü də elə bir çətinlik çəkmədən. Rusiyanın isə bundan artığına gücə çatmayacaq...

Bəziləri yanlış olaraq belə zənn edir ki, avropalılar Rusiya ilə vuruşa bilməz. Xatırladım ki, İtaliya, Fransa, İspaniya, Portuqaliya, Böyük Britaniya, Almaniya... bu ölkələrin hamısı böyük imperiyaların varisləridir. Bəli, Avropa vuruşmaq istəmir. Çünki həyat standartları Avropada çox yüksək səviyyədədir. 80 ildir ki, Avropada ciddi müharibə baş verməyib. Ancaq lazım gəlsə, Avropa Rusiya ilə nəinki vuruşar, hətta əzər də.

Avropa Birliyi Ukrayna ilə birlikdə ortaya vahid iradə qoysa, ABŞ da, Kanada da prosesə müdaxilə edəcək. Yaponiya və Cənubi Koreya da həmçinin...

Rusiya yorulub, əldən düşüb. İqtisadi, siyasi, hərbi baxımdan iflas ərəfəsindədir. Bunu Donald Tramp da bilir, Avropa Birliyinin liderləri də. Ona görə də Rusiya-Ukrayna müharibəsinin Putinin xeyrinə yekunlaşacağına inan yoxdur. Yəni Qərb bu qədər sadəlövh ola bilməz...