

Narın qiyməti qane etmir
Fermerlərin yaxın vaxtlarda texnikaları sürücüsüz və uzaqdan idarə edəcək
Lənət şeytana, bacarmıram
Şaxta olacaq, qərb küləyi əsəcək
Yüksək ərazilərində qar örtüyü yaranacaq
Bu vəziyyət ikinci ildir təkrar olunur
Qara bax qara, gör necə yağır,
Çıxsan bayıra, məni də çağır…
Mirmehdi SEYİDZADƏ
“İstehsal olunur, qısa zamanda satılır, sonra ölkə idxaldan asılı qalır”
Bakıya sulu qar, rayonlara qar yağacaq
Hava şəraiti dəyişəcək
İllik 2 faiz endirim, 8 000 manatadək zaminsiz...
Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün prioritet bazarlar hansılardır?
Bələdiyyələr işləmir, digərləri isə sürücüləri günahlandırır...
Soyuq hava şəraiti 2-3 gün davam edəcək
Çovğun olacaq, yollar buz bağlayacaq
«Mənim nə günahım var idi ki, …?»
Azərbaycanda son günlər müşahidə edilən qarlı hava şəraiti bəzi müəssisələrin onlayn və ya hibrid iş rejiminə keçməsinə səbəb olub. Qarlı hava şəraitinin ölkə iqtisadiyyatına təsirlərinə gəldikdə isə burada kənd təsərrüfatı və xidmət sektorlarının xüsusi qeyd edilməsinə ehtiyac var.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, qarlı hava şəraiti kənd təsərrüfatında yeni mövsümdə məhsuldarlığa müsbət təsir göstərir. Bu eyni zamanda potensial su ehtiyatlarının formalaşması baxımdan da faydalı hesab olunur.
Təbii ki, qarlı hava şəraitin ən çox təsir etdiyi sektorlardan biri xidmət və eləcə də nəqliyyat və ticarət sahəsidir. Müşahidələr göstərir ki, bu xidmət və ticarətdə təklifə və eləcə də müştərilərin sayına təsir göstərir. Azərbaycanda illik ÜDM-in məbləği 126 milyard 300 milyon manatdır. Bu o deməkdir ki, orta hesabla hər ay 10 milyard 525 milyon manatlıq ÜDM istehsal olunur.
ÜDM-in 10.7 faizi ticarət sektorunun payına düşür. Yəni, hər il bu sektorda 13 milyard 514 milyon manatlıq ÜDM formalaşır. Bununla yanaşı, Azərbaycanda artıq onlayn xidmətlərdən sıx istifadə olunduğundan qarlı hava şəraitinin ticarət sektoruna neqativ təsirləri minimumlaşıb. Nəqliyyat sektoru isə 7.0 faizlik paya malikdir.
ÜDM-in 35.9 faizi sənayenin payına düşdüyünü də nəzərə alsaq qarlı hava şəraitinin iqtisadiyyatda yeni dəyərin formalaşmasına neqativ təsirləri yoxdur. Güclü qar özü ilə bəzi fəsadlar gətirsə də belə, ən əsası azyaşlı uşaqların sevincinə səbəb oldu.