vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
02:14 | 25 fevral 2025 | Çərşənbə axşamı Məqaləyə 411 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Fürsəti qaçırdım”

Ulduz aktrisa 20 il əvvəl rədd etdiyi rola görə peşmanlıq çəkir

MEHİN

Keyt Hudson “Şeytan Prada geyinir” (“The Devil Wears Prada”) filmindəki roldan imtina etdiyinə görə hələ də peşmandır. Əvvəlcə Enn Heteuey tərəfindən canlandırılan Endi Saçsın baş rolu üçün nəzərdə tutulan aktyor “Capital FM”ə açıqlamasında rolu öz cədvəlinə uyğun təşkil edə bilmədiyindən məyus olduğunu söyləyib. 2006-cı ildə çəkilmiş filmdə Meril Strip, Emili Blunt və Stanli Tucci ilə birlikdə Heteuey də rol aldı.

“Həqiqətən uğursuz bir qərar idi. Hər şey zaman məsələsi idi. O zaman bunu edə bilməzdim, amma bir şəkildə bunu reallaşdırmalıydım və etmədim”, – deyən Hudson filmə baxarkən peşman olduğunu da əlavə edib. Bununla belə, o, hər şeyin bir səbəbdən baş verdiyini qeyd edərək, “Bu fürsətdən istifadə etməliydim dediyim anlardan biri idi”, – deyib.

Rejissor David Frankel olan “Şeytan Prada geyinir” filmi Loren Vaysberqer eyniadlı romanından ssenariləşdirilib.

Film Nyu-Yorka köçən və şəhərin ən böyük moda jurnallarından birinin qəddar və amansız baş redaktoru Miranda Priestlinin köməkçisi kimi işləməyə başlayan gənc jurnalist Endinin hekayəsindən bəhs edir.

***

“Bəzən hər şey bir-biri ilə toqquşur. İnsanlar müxtəlif vaxtlarda atəş açır. Bu rollardan imtina etməyin səbəbi onları istəmədiyiniz üçün deyil, başqa bir layihəyə cəlb olunmağınız və fürsəti əldən vermənizdir. Bu da bezdiricidir”, – deyə Hudson bildirib.

“Şeytan Prada geyinir” filmi çəkilərkən və yayımlanarkən Hudson bir neçə başqa layihə üzərində işləyirdi. Bunlara “10 gündə bir oğlanı necə itirmək olar?”, “Skeleton açarı”, “Sən, mən və Dupri”, “Qızılı şans” və “Ən yaxın dostumun sevgisi” aiddir. O, 2009-cu ildə Enn Heteuey ilə “Gəlinlərin davası”nda də rol alıb.

“Şeytan Prada geyinir” dünya miqyasında 326 milyon dollardan çox gəlir əldə edib və iki Oskar nominasiyası qazanıb. Filmin davamı Disney tərəfindən hazırlanır və Alin Brosh Makkenna yeni ssenari üzərində işləyir.