

“Bunu bacaracammı bilmirəm, amma əvvəllər “mən bunu etmək istərdim” deyə düşünürdüm”
Obamanın müşaviri təcavüz işinə qoşuldu
“Bu, indiyə qədər çəkilmiş üç filmdən ən emosionalıdır”
“Meymun” Stiven Kinqin hekayəsi əsasında “doğulub”
Ulduz aktrisa 20 il əvvəl rədd etdiyi rola görə peşmanlıq çəkir
“Bu prosesin hər anında fərqli bir gözəllik və xoşbəxtlik var”
“Film çəkilişi zamanı bir qadını öpdüm, yanlış anlaşıldı”
İndiana Consun əfsanəvi papağı 630 min dollara satılıb
Polis və prokurorun dəlilləri “saxta” çıxdı
“Roma imperiyası haqqında filmdə rep musiqisinin nə işi var?”
Oskarlı ulduz həyatındakı “dönüş nöqtəsi”ni açıqlayıb
Kianu Rivz “Con Uik – 4”-dən danışdı
Yeyib-içdiyimizdən tutmuş, dinlədiyimiz musiqiyə qədər əksər məhsullar oğurluq və saxtadır...
«Mən Hillari Börtona qarşı ədəsizlik etmişəm və ...»
Xanımlar öz uşaqlarına ata seçərkən...
Hollivud əfsanəsi Cin Hekman və həyat yoldaşının ölümü ilə bağlı daha müəmmalı təfərrüatlar ortaya çıxır. Oskar mükafatlı aktyor 95 yaşını təzəcə qeyd eləmiş (yanvarın 30-da) Hekman və həyat yoldaşı (65 yazşını təzəcə tamamlayan (dekabrın 15-də) Betsi Arakavanın ölümlərinə “şübhəli” məqamlara dair xəbərlərin ardınca səlahiyyətlilər, ölümləri araşdırarkən ölü iti yanlış tanıdıqlarını açıqladılar.
İtlərə qulluq edən “Santa Fe Tails” baytarlıq müəssisəsinin sahibi Koy Padillanın dediyinə görə, cütlüyün “Bear” ləqəbli alman çoban iti və Nikita adlı ikinci iti sağ qalıb, kelpi qarışığı olan Zinna ölüb.
“Ölən it həmişə Betsiyə bağlı idi və bu, gözəl bir əlaqə idi”, – deyə Padilla elektron poçtla göndərilən bir şərhdə bildirib. “Zinna geri qaytarılan sahibsiz itindən Betsinin əlində olan bu inanılmaz dosta çevrildi”.
Səlahiyyətlilər fevralın 26-da Santa Fedəki evlərində cəsədləri tapılan Hekman və Arakavanın ölümündən sonra cavablar axtarır.
Santa Fe dairəsinin şerifi Adan Mendoza görə, Hekman və Arakava tapıdıqdan iki həftə əvvəl ölmüş ola bilərlər.
Şerif ofisinin sözçüsü bildirib ki, səlahiyyətlilər Arakavanın yanındakı hamam şkafındakı it evində yuvasında tapılan Zinnanın yarılmasını həyata keçirməyib. Müstəntiqlər ilkin olaraq ölmüş qəhvəyi Alman çoban itinin tapıldığını qeyd ediblər.
Avila etiraf edib ki, şerifin müavinləri ölü itin cinsini səhv müəyyən etdiklərini etiraf edib: “Əməkdaşlarımız hər gün itlərlə işləmir”.
Ölən itin səhv identifikasiyası ilə bağlı ilk hesabat “USA Today”də çıxdı.
Arakavanın cəsədi açıq resept şüşəsi və hamamın piştaxtasına səpələnmiş həblərlə, Hekmanın cəsədi isə evin girişində tapılıb.
Hər iki cəsədin dəm qazı üçün testi mənfi olub və evdə və ya ətrafında qaz sızması aşkar edilməyib.
Polis idarəsi həmçinin bildirib ki, kommunal şirkətlərin daha ətraflı müayinəsi nəticəsində evdəki sobada ölümcül ola bilməyəcək qədər kiçik bir sızıntı aşkar edilib.
Səlahiyyətlilər evdən şəxsi əşyaları, o cümlədən aylıq təqvim və iki cib telefonu götürüblər. Tibbi müstəntiqlər hələ də ölümün səbəbini müəyyənləşdirməyə çalışırlar, lakin toksikoloji hesabatların nəticələri həftələrlə gözlənilmir.
97-ci Oskar mükafatlarının təqdimetmə mərasimində Hekmanı xatıralayan Hollivud ulduz Morqan Friman mərhum aktyora ehtiramını bildirib: “Bu həftə cəmiyyətimiz nəhəngi itirdi. Mən də əziz dostumu – Cin Hekmanı itirdim. Onunla iki – “Bağışlanmayan” və “Şübhə altında” filmlərində işləmək şərəfinə nail oldum. Cin mənə dedi ki, “mən miras haqqında düşünmürəm, sadəcə ümid edirəm ki, insanlar məni yaxşı iş görmüş bir insan kimi xatırlayacaqlar. Cin, sən bununla və daha çox şeylə yadda qalacaqsan. Rahat yat, dostum”.