vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
İNCƏSƏNƏT  
19:16 | 13 fevral 2025 | Cümə axşamı Məqaləyə 421 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həyatın üç mərhələsi

Sevinclə kədərin, həyatla ölümün vəhdətini göstərən rəsm

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Görkəmli avstriyalı rəssam Qustav Klimt (1862-1918) Romadakı Modern Sənət Qalereyasında sərgilənən bu yağlı boya tablosu haqqında çox yazılar yazılıb. Hər yazıda da müəlliflər bu bənzərsiz əsərə öz interpretasiyalarını veriblər.

Zənnimcə Klimtin ən sirli rəsm əsəridir. Rəssam sevinc və kədəri eyni anda rəsm edib, həyat və ölümün vəhdətini göstərə bilib.

Balaca qız uşağının anasının qoynuna sığınmasındakı səadətlə ölümü çağrışdıran yaşlı qadının ziddiyyəti heyrətamizdir… Gəncliyin və sağlam ruhun yumşaq mavi rəngləri ilə qocalığın xəstə sarı rəngi və quruyub qaxaca dönmüş bədən…

Kimi də bu tabloda “memento mori” çağrışını görür. Ancaq nə qədər ölümü unutma deyilsə də Klimpt həyatın ölüm üzərindəki qələbəsinə vurğu yaparaq Yaradılışın nüvəsinə qarşı etiraz etmir – Ölüm varsa, həyat da vardır…

Klimt əsərini “Qadının üç yaşı” adlandırıb. Tabloya “Həyatın üç mərhələsi” adı sanki daha çox yaraşardı. Uşaqlıq, yetkinlik və qocalıq… uşağın məsumluğunu, ananın şəfqəti və yaşlı qadın həyatın keçici, lakin möhtəşəm gözəlliyi…

Klimt bir dahi idi…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)