

AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Avropa səhiyyəsindəki təhlükəli boşluq müdafiə siyasəti strategiyasının ən böyük zəifliyidir
Avropanın silah idxalı son dörd ildə əhəmiyyətli dərəcədə artıb
ABŞ-ın NATO-dan çıxmasına cavab: “Əlimizi cibimizə qoymağa hazır olsaq, seçimlərimiz var”
Almaniyanın avtomobil sənayesi Donald Trampın tariflərinə necə hazırlaşır?
... Yaxud Meloninin AB-ni ABŞ-ın himayəsində saxlamaq səyi
Fransanın nüvə potensialı ABŞ-a alternativ ola bilərmi, Almaniya nüvə silahı ilə bağlı qapıları açıq qoyur
Brüsselin qərarına Rusiyadan reaksiya gəldi
AB Türkiyə də daxil olmaqla 5 NATO ölkəsi ilə əməkdaşlığı artırmaq istəyir
“Le Monde”: “Putinlə münasibətinə baxmayaraq, Rusiyanı Suriyadan çıxardı”
Putin Trampa nə vaxt yox deyəcək?
Brüsselin son ümidi Türkiyəyə bağlıykən yunan baş nazir qaşınmayan yerdə qan axtarır
AB Şurasının sədri Antonio Kosta nəticədən məmnun qaldığını deyib
10 saatlıq sammitdə Ukraynaya cəmi 15 dəqiqə vaxt ayrıldı
“Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi AB üçün yoxolma təhlükəsidir”
Avropa Birliyi (AB) də ABŞ kimi, qiymətli metallarla bağlı Ukrayna ilə müqavilə bağlamaq istədiyini açıqlayıb. Avropa mətbuatında yer alan xəbərlərə görə, AB Komissiyasının vitse-prezidenti Stefan Sejourne, AB-nin Ukraynaya mədən işlərində hər iki tərəfin qazanacağı müqaviləsi təklif etdiyini açıqlayıb.
AB-nin sənaye strategiyasına cavabdeh olan Sejourne deyib ki, müharibənin üçüncü ili başa çatdığı üçün AB tərəfi dünən komissarların Kiyevə səfəri zamanı Ukrayna hakimiyyətinə alternativ təklif təqdim edib.
“Avropanın ehtiyac duyduğu 30 kritik maddədən 21-i Ukrayna tərəfindən hər kəs qazansın tərəfdaşlığı ilə təmin edilə bilər”. Sejourne Avropanın heç vaxt hər iki tərəfə fayda verməyəcək bir razılaşma təklif etməyəcəyini bildirib.
Ayın əvvəlində ABŞ prezidenti Donald Tramp Ukraynanın indiyə qədər göstərdiyi yardımlara görə ABŞ-a yüz milyardlarla dollar borcu olduğunu iddia edərək, Kiyevdən 500 milyard dollar dəyərində nadir torpaq elementləri tələb edərək müqavilə bağlamaq istədiyini açıqlamışdı.
Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün həm Rusiya, həm də Ukrayna tərəfləri ilə danışıqların davam etdiyini və Ukrayna prezidenti Vladimir Zelenskinin qiymətli metallar sazişini imzalamaq üçün bu və ya gələn həftə Ağ Evə gələcəyini açıqlamışdı.
Ukraynada litium, titan, uran və manqan da daxil olmaqla çoxlu kritik və iri miqyaslı elementlər və minerallar var.
ABŞ prezidenti Donald Tramp iqtisadiyyat, xüsusilə nadir metallar ilə bağlı Rusiya ilə bəzi razılaşmaların edilə biləcəyini bildirib.
Trampın açıqlamalarından sonra Rusiya prezidenti Vladimir Putin də ABŞ şirkətləri ilə əməkdaşlığa açıq olduqlarını qeyd edib.