vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
18:48 | 2 mart 2025 | Bazar Məqaləyə 66 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Təhdid altındayıq”

“Əbədi nəzəriyyə irəli sürə bilmərik, hərəkətə keçməliyik”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bəyan edib ki, bütün Avropa təhdid altındadır və artıq Avropa Birliyinin (AB) ortaq müdafiə layihəsini həyata keçirməyin vaxtı çatıb.

Bu gün İspaniyanın “El Pais” qəzetində dərc olunan müsahibəsində Albares, “Təhlükə konkret bir ölkəyə deyil, Avropaya yönəlib. Ona görə də cavab Avropaya xas olmalıdır”, – deyən Albares, AB-nin ortaq müdafiə layihəsini həyata keçirməyin vaxtının çatdığını vurğulayıb.

***

“Əbədi nəzəriyyə irəli sürə bilmərik, hərəkətə keçməliyik”, – fikrini paylaşan Albares, AB-nin ortaq müdafiə layihəsi üçün maliyyə məsələsinin də Avropaya xas olması lazım olduğunu və tədqiq etməyə dəyər müxtəlif yolların olduğunu deyib.

Xose Manuel Albares, hər ölkənin öz milli büdcəsində müdafiə xərclərinin eyni səviyyədə artırılmasını öhdəsinə götürə bilməyəcəyinə, müdafiə və təhlükəsizlik baxımından müəyyən nisbətdə qarşılıqlılıq olması lazım olduğuna diqqət çəkib.

“Qitənin müdafiəsi həmişəkindən daha zəruridir. İndi Avropanın vaxtıdır. Biz öz təhlükəsizliyimizi, müdafiə komponentini, şirkətlərimizin rəqabət qabiliyyətini və vahid bazarın müdafiəsini təmin etmək üçün hərəkətə keçməliyik”, – deyə ispaniyalı nazir bildirib.