vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
12:54 | 3 mart 2025 | Bazar ertəsi Məqaləyə 128 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Birləşmiş Avropa” çağırışları

Hollandiyadan baş nazirinin vurğuladığı 3 mühüm məsələ

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Londonda Böyük Britaniyanın ev sahibliyi etdiyi Ukrayna ilə bağlı görüşdən sonra Hollandiyanın baş naziri Dik Şuf, “Birləşmiş Avropa indi həmişəkindən daha vacibdir”, – deyib.

Hollandiyanın Baş Naziri Dik Şuf “X” hesabında bunları paylaşdı: "Təhlükəsiz Ukrayna bütün Avropanın və həm də Hollandiyanın da marağındadır. Biz qitəmizdə təhlükəsizliyin təmin edilməsində daha böyük rol oynamalıyıq”.

“Birləşmiş Avropanın indi həmişəkindən daha vacib olduğunu”, vurğulayan Şuf, görüşdə diqqəti üç mühüm məsələyə yönəldib.

Baş nazir ilk növbədə Avropa qitəsində təhlükəsizliyin təmin edilməsi üçün Ukraynaya fasiləsiz dəstək verilməli olduğunu, beləliklə, Ukraynanın danışıqlarda ən güclü mövqedə olacağını və davamlı sülhün əldə oluna biləcəyini bildirib.

İkincisi, qitəni, o cümlədən Ukraynanı qorumaq və Rusiyanın potensial təcavüzünün qarşısını almaq üçün güclü təhlükəsizlik təminatlarını ehtiva edən Avropa planının zəruriliyi olub.

Nəhayət, Hollandiyanın Baş naziri bəyan edib ki, Avropa xüsusilə müdafiə sahəsini gücləndirməklə öz təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır və bu baxımdan güclü transatlantik münasibətlər əvəzedilməzdir.

Şuf, İngiltərə Baş naziri Keir Starmerin dəvəti ilə AB daxilində və xaricində olan həmkarları ilə bir araya gəldiyi görüş haqqında, “Bunu birlikdə etməliyik. Cümə axşamı (martın 6-da) Brüsseldə fövqəladə Avropa Şurasında danışıqlara davam edəcəyik”, – dedi.