
Şimali Koreyanın ballistik raket sınağı
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
10 ölkədən birgə bəyanat
Asiya ölkəsində ölənlərin sayı yeni doğulanlardan iki dəfə çox olub
Nəvələrinə ən çox təsir edən ailə ağsaqqalı üzə çıxdı
Nəhəng çuxur yük maşınını “udulmuşdu”
Boşanma nisbəti sıfıra yaxındır
Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur
Bununla vacib infrastruktur və ərazilər təbii fəlakətdən xilas olacaq
Döyüş gəmiləri üz-üzə gəldi
İslandiyada ən böyük ov şirkəti tələbatın azlığı səbəbindən ikinci ildir ova çıxmır
Yaponların bizə danışmadığı bir hekayə...
Gizli Android müqavilələri ortaya çıxdı
Əhalinin azalması sürətlənir
Yeni nəslin tək yaşamaq seçimi dünyada ənənəvi ailə quruluşunu dağıdır
3 nəfər ölüb
Yaponiya qeyri-ingilis, qeyri-çin süni intellekt modelləri üçün AB-dən kömək axtarır
Yaponiya İmperator taxtına ikinci sırada olan Şahzadə Hisahito ilk mətbuat konfransını keçirdi. O, öz vəzifə borcunu universitetdəki təhsili ilə balanslaşdırmağa çalışacağını bildirib.
Demək olar ki, 40 il sonra yeniyetməlik dövrünü qoyub yetkinliyə qədəm qoyan kral ailəsinin ilk kişi üzvü olan şahzadənin sentyabrda 18 yaşı tamam olub. Yaponiyada 1947-ci il İmperator Qanununa əsasən, taxta yalnız ata nəslindən olan kişilər çıxa bilər. Adi insanlarla evlənən qadınlar sülalə üzvlüyündən irəli gələn xüsusi statusunu itirirlər.
16 nəfərlik ailənin ən kiçiyi olan Hisahito keçmiş imperator Akihito ilə birlikdə sülalənin beş kişi nəslindən biridir. Bütün Asiya xalqı kimi, sülalə də qocalmaq və çoxalma riski altındadır. Bu problemlə bağlı ümidli olan Hisahito, bir imperatorun necə davranması lazım olduğunu düşündüyünü izah edib.
Tokiodakı Akasaka sarayında jurnalistlərə açıqlama verən şahzadənin sözlərinə görə, İmperator “həmişə xalqı düşünən və onlara yaxın olan” simvolik bir fiqur olmalıdır.
O, 65 yaşlı əmisi İmperator Naruhito kimi ailəsinin təcrübəli üzvlərindən nümunə götürəcəyini bildirib.
Hisahito gələn aydan etibarən Tokio yaxınlığındakı Tsukuba Universitetində biologiya üzrə təhsil almağa başlayacaq.
Şahzadə həşəratlarla, xüsusən də iynəcələrlə (müxtəlif qanadlı cırcırama) maraqlanır. O, jurnalistlərə bildirib ki, şəhər yerlərində həşərat populyasiyalarının qorunması üzərində işləmək istəyir.
Yaponiyada Yamato sülaləsinin üzvlərinə siyasətə qarışmaq qadağandır. Bu səbəbdən onlar biologiya, ədəbiyyat, incəsənət kimi bölmələrə üstünlük verirlər.
İmperator Naruhito su nəqliyyatı üzrə mütəxəssis, taxt-tacı miras aldığı 91 yaşlı atası Akihito isə balıqçılıq üzrə mütəxəssis idi.
Hisahitonun 59 yaşlı atası vəliəhd şahzadə Akişino toyuqlar üzərində araşdırmalar aparıb.