vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
CƏMİYYƏT  
17:35 | 14 aprel 2014 | Bazar ertəsi Məqaləyə 4538 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yalquzaq» sınaqdan çıxdı

SQ-nin arsenalına yeni silahımız daxil olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsalı olan «Yalquzaq» snayper tüfəngi yaxın vaxtlarda Azərbaycanın hərbi qurumlarının istifadəsinə daxil olacaq.

Bu barədə Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən Asiya Müdafiə Xidmətləri Sərgisində (DSA-2014) təmsil olunan Azərbaycan MSN-in stendindən məlumat verilib. Yerli silah mühəndisləri tərəfindən yaradılmış snayper tüfəngində 7.62x51 NATO kalibrli patronlar tətbiq olunur. Silahın testləri başa çatıb. ««Yalquzaq» testlərdə yüksək nəticələr göstərdi. Snayper tüfəngi artıq praktik istifadəyə hazırdır», - deyə müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov vurğulayıb.

İlk dəfə 2013-cü ildə Türkiyədə beynəlxalq müdafiə sərgisində nümayiş etdirilmiş «Yalquzaq» snayper tüfəngi DSA-2014 sərgisində iştirak edən xarici hərbçilərin də diqqətini cəlb edib.

Snayper tüfəngi «bolt action» (atış zamanı tək-tək doldurulur) prinsipinə malikdir. Tüfəngin üzərindəki «piccatini resi» ona müxtəlif optik cihazları əlavə etməyə imkan verir. Sərgidə nümayiş olunan tüfəng yerli istehsal olunan optik nişangahla komplektləşdirilib.

Silah qundağı atıcının anatomiyasına uyğun (qol və yanaq) tənzimlənə bilir.