vaxtlı-vaxtında oxuyun! Şənbə, 14 fevral 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
CƏMİYYƏT  
Düzəldi hər yarağımız 14:38 | 24 dekabr 2014 | Çərşənbə Məqaləyə 3165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Düzəldi hər yarağımız

Ov tüfənglərinin istehsalına başlanıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) iki növ ov tüfənginin istehsalına başlayıb. Ov tüfənglərinin nümunələri bu gün Azərbaycan Milli Elmlər Akademiyasında təşkil olunmuş sərgidə nümayiş etdirilib.

Nazirliyin nümayəndəsi Ərəb Yusifov APA-ya bildirib ki, «Turac» adlı ov tüfənglərindən biri qoşalülə, digəri isə yarımavtomatdır. Hər iki tüfəng 12 kalibrli patronlardan atəş açır. Yarımavtomat tüfəngin çəkisi 3 kiloqram, qoşalülə tüfəngin çəkisi isə 3,5 kiloqramdır.

Ov tüfənglərinin yaxın vaxtlarda satışa çıxarılması planlaşdırılır.

MSN ov tüfəngləri ilə yanaşı, ov tüfəngləri üçün müxtəlif sursatlar, o cümlədən «Qartal» markalı ilə patronlar istehsal edir.