«İdeyalarımız çoxdur»
Biz nəinki Azərbaycanda həmçinin Türkiyədə, Gürcüstanda, Misirdə, Rumıniyada və zəlzələdən zərər çəkmiş Pakistanda da məktəblər tikmişik
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Dünya yuxutək əriyir”
Tiflisdə Leyla Əliyevanın şeirləri əsasında tamaşa səhnələşdirilib
-
“Azərbaycan xalçası-ilmələrin rəqsi”
Yeni xalı kolleksiyası təqdim olunub
-
Kürdəxanılılar arzusuna çatdı
“Yeniləşən Azərbaycana - yeni məktəb” davam edir
-
Leyla Əliyeva çimərlikləri xalqa qaytarır
Kölgəliklər, duş, soyunub-geyinmə kabinləri, sanitariya qovşaqları, futbol-voleybol meydançaları və daha nələr
-
“Zamanında...” – bu dəfə Bakıda
Rus avanqard rəssamlarının əsərlərinin sərgisi
-
Birinci vitse-Prezident Gəncəyə səfər edib
Mehriban Əliyeva şəhərin problemləri ilə yaxından maraqlanıb
-
Qışın ən böyük festivalı
“Zima”ya iki gün qaldı...
-
Şeir, incəsənət və mənəviyyat
Azərbaycanda ilk dəfə Nəsimi Festivalı keçiriləcək
-
“Heç yerdə görməmişəm”
Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan
-
Məşhur yazıçının qızına vəzifə verildi
Günel Rzayeva yeni açılan mərkəzin direktoru oldu
-
Fonddan Qardabaniyə hədiyyə
-
Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyi
“Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi konkret layihələr Azərbaycanın avanqard qabiliyyətini əks etdirir”
-
Təbiət və dəbin vəhdəti
Heydər Əliyev Mərkəzində “Moda məkanı” sərgisi
-
Leyla Əliyeva uşaq festivalında
Heydər Əliyev Mərkəzinin parkında möhtəşəm bayram keçirilib
-
Moskvada «Xocalıya ədalət!» istənildi
Polad Bülbüloğlu: «İnsanları azərbaycanlı olduqlarına görə öldürüblər...»
-
İDEA-dan ideal aksiya
Leyla Əliyeva «Xocalıya ədalət!» kampaniyası çərçivəsində ağacəkmə tədbirində iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT Radiosunun Rus Xidmətinə eksklüziv müsahibəsində Heydər Əliyev Fondunun Azərbaycanda və Rusiyada fəaliyyəti barədə danışıb.
- Siz Heydər Əliyev Fondunun vitse-prezidentisiniz və çoxsaylı sosial layihələrdə
iştirak edirsiniz. Sizi ictimai fəaliyyətlə məşğul olmağa sövq edən nə olub?
- Heydər Əliyev Fondu 2004-cü ildə yaradılmışdır. Onun işi həyatın bütün
sahələrini - təhsil, mədəniyyət, elm, xeyriyyəçilik, səhiyyə məsələlərini, indi
isə həm də ekologiyanı əhatə edir.
Şəxsən mənə gəldikdə, bu Fond mənim ictimai fəaliyyətə öz töhfəmi vermək üçün
böyük imkan deməkdir. Hesab edirəm ki, Azərbaycan gənclərinin hər bir
nümayəndəsi bu işə müəyyən dərəcədə öz töhfəsini vermək istəyir. Əlbəttə, əgər
fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə
istifadə edirəm.
- Fondun əsas layihələri barədə danışaydınız... Şəxsən Siz hansı layihələrlə
fəxr edirsiniz?
- Layihələr çoxdur. Fond çoxsaylı mədəni tədbirlər, sərgilər, mühazirələr
təşkil edir. Mənim sevimli layihələrimdən biri «Bakıya uçuş» sərgisidir. Bu
sərgidə Azərbaycandan olan 21 müasir rəssam iştirak edir. Sərgi iki il bundan
əvvəl Londonda start götürmüş, sonra Parisə, Romaya, Vyanaya, Moskvaya uçmuş və
Bakıda başa çatmışdır. Bu sərgi müasir Azərbaycan incəsənətini ilk dəfə dünya
tamaşaçılarına çatdırmağa imkan verdi. Sərgiyə müsbət münasibəti görmək çox xoş
idi.
Fondun səhiyyə və uşaqlarla iş sahəsində gördüyü bütün tədbirlər mənim üçün çox
vacibdir. Hazırda talassemiya layihəsi məni daha çox narahat edir. Fond
regionda ən böyük talassemiya mərkəzi tikmişdir. Təəssüf ki, bu xəstəlik
Azərbaycanda da mövcuddur. Bununla əlaqədar yaxşı xəbər odur ki, yaxın
vaxtlarda bu xəstəliklə bağlı dövlət proqramı hazırlanmışdır.
Çox vaxt elə olur ki, Fond müəyyən layihə üzərində işə başlayır, sonra dövlət
də həmin fəaliyyətə qoşulur və nəticədə dövlət proqramı yaranır. Məsələn, Fond «Yenilənən
Azərbaycana yeni məktəb» proqramını başlamış, bu layihə çərçivəsində təxminən
400 məktəb tikilmiş və ya təmir edilmişdir. Dövlət bu proqramı davam etdirdi və
Azərbaycanda 3 minə yaxın məktəb təmir edildi.
Fond Azərbaycandan başqa Türkiyədə, Gürcüstanda, Rumıniyada, Misirdə,
zəlzələdən zərər çəkmiş Pakistanda da məktəblər tikmişdir, bu yaxınlarda Rusiyanın
Ulyanovsk şəhərində məktəb istifadəyə verilmişdir.
- Fond bir sıra ölkələrdə, o cümlədən Rusiyada işləyir. Bu yaxınlarda Siz
Volqoqrad, Həştərxan vilayətlərinin həyatında fəal iştirakınıza görə medallar
almısınız. Bu mükafatların nəyə görə alınması və Rusiyanın daha hansı
regionları ilə işləməyiniz barədə ətraflı söhbət edə bilərdinizmi?
- Müqəddəs Knyagina Olqa ordeni almaq mənim üçün böyük şərəfdir. Həştərxanda
iki dəfə olmuşam. Bu şəhərdə layihələrimiz çoxdur - orada park salmışıq, bir
məktəb binasını rekonstruksiya etmişik. Azərbaycan ilə Rusiya arasında Dostluq
Körpüsü açmışıq. Bu yaxınlarda Müqəddəs Mələksima knyaz Vladimirə abidə
ucaltmışıq. Oradakı məbədə də qayğı göstəririk.
Əlbəttə, Rusiyanın Həştərxan vilayəti Azərbaycana yaxındır. Bizim ortaq
cəhətlərimiz çoxdur. Hesab edirəm ki, ölkələrimiz arasında dostluğun
möhkəmlənməsinə yönəlmiş tədbirlər daha çox keçirilməlidir. Ölkələrimizi
bir-birinə bağlayan mehriban qonşuluq münasibətləri çoxillik tarixə malikdir.
Bu adi insani münasibətlər əsasında çox şey qurulur.
Bir də, əlbəttə, mədəni mübadilə. Azərbaycanda rus ədəbiyyatını, rus
mədəniyyətini, rus dilini yaxşı bilirlər. Azərbaycan bəlkə də yeganə MDB
ölkəsidir ki, məktəblərdə rus dilinin öyrənilməsi praktiki olaraq əvvəlki
həcmdə qalmışdır. Bizdə Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Rus Dram
Teatrı, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu yaxınlarda Moskva Dövlət
Universitetinin Bakı filialı açılmışdır. Bu həm də ona görə çox qiymətlidir ki,
mənim fikrimcə, rus dili dünyada ən zəngin dillərdən biridir. Buna görə də rus
dilinin qorunub saxlanması çox vacibdir.
- Siz Fondun Rusiyadakı fəaliyyətini xatırlatdınız. Bu il Fond öz yubileyini
-10 yaşını bayram edir. Səhiyyə barədə danışmalı olsaq məlumdur ki, Siz Heydər
Əliyev Fondu xətti ilə HİV-in profilaktikası məsələləri ilə çox fəal məşğul
olursunuz. Fondun mövcud olduğu müddətdə bu istiqamətdə hansı nəticələrə nail
ola bilmisiniz?
- Bəli, bu, müasir dünyada ən vacib məsələlərdən biridir. Mənim fikrimcə, ilk
növbədə maariflənmə imkanı təmin edilməlidir. İnsanlar bu barədə məlumat
almalıdırlar, Onlar bunu bilməli və bu barədə düşünməlidirlər.
Heydər Əliyev Fondu «Uşaq göy qurşağı» layihəsini həyata keçirmiş, bununla
əlaqədar HİV infeksiyası barədə uşaqlar üçün mühazirələr oxunmuşdur. Bizim Fond
«B» hepatiti və HİV ilə bağlı müayinələr aparan Vişnevskaya-Rostropoviç Fondunu
da dəstəkləyir. QİÇS sahəsində Rusiyanın Azərbaycanlı Gənclər Birliyi - RAGB
çox fəal iş aparır. Fəallarımız müxtəlif universitetlərdə mühazirələr
oxuyurlar, Rusiyanın müxtəlif regionlarında bu mövzuda konfranslar da təşkil
etmişik.
Biz hər il «Qanın milləti yoxdur» aksiyası keçiririk, həmin aksiya çərçivəsində
azərbaycanlı gənclər Rusiyada təmənnasız olaraq qan verirlər. Bizim «Sağlam
olmağını yəqin et, xəstəliyə «yox» de» şüarı altında layihəmiz də olmuşdur.
Həmin gün hər bir insan pulsuz müayinə oluna bilər.
- İlin əvvəlində Siz Nayrobidə olmusunuz. BMT Baş katibinin müavini, BMT-nin
Ətraf Mühit Proqramının (UNEP) rəhbəri Axim Ştayner ilə görüşmüsünüz.
Səfərinizin yekunları və prinsip etibarilə nə haqda razılığa gəlməyiniz barədə
bir qədər ətraflı danışa bilərdinizmi?
- Bu, mənim Afrikaya ilk səfərim idi. İDEA (International Dialogue for
Environmental Action) kampaniyası yaranan vaxtdan artıq üç ildir ki, ekologiya
ilə məşğul oluram. Bu kampaniyanın əsas məqsədi ətraf mühitin qorunmasıdır.
Kampaniya regionumuzda gənclərlə işə istiqamətlənmişdir. Biz bütün
layihələrimizə kreativ yanaşmağa çalışırıq.
Artıq çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycanda üç milyon ağac
əkilməsi bizim əsas layihələr sırasına aid edilə bilər. Bu, ölkəmizdə üç milyon
gənc yaşamasının rəmzidir.
Daha bir layihəmiz quşlar üçün yuvalar qurulması ilə bağlıdır. Əvvəlcə Qız
Qalasında - Azərbaycanın rəmzi sayılan bu abidədə quş yuvaları vardı. Qız
Qalasında yenidənqurma işləri başlananda anladıq ki, quşlar salamat qala
bilməyəcəklər. Buna görə də biz həmin qalanın lap qarşısında, üzərində quş
yuvaları qurulmuş bir art-obyekt ucaltdıq və quşlar həmin yuvalara köçdülər.
Bizim ideyalarımız çoxdur. Əsas istiqamətlərdən biri - nəsli kəsilmək təhlükəsi
olan heyvanların müdafiəsidir.
May ayında pişikkimilər fəsiləsinin qorunmasına həsr edilmiş böyük bir konfrans
keçiriləcəkdir. Azərbaycanda Qafqaz bəbiri yaşayır. Bu heyvanın nəslinin
kəsilməsi təhlükəsi var. Çətinlik onunla bağlıdır ki, bu heyvanı böyüdüb ətraf
mühitə buraxsaq, o, salamat qalmayacaq. Buna görə biz indi bütün dünyadan
ekspertləri dəvət edirik ki, bu problemin həlli barədə düşünsünlər. Biz zubrun
və Qafqaz bəbirinin qorunması istiqamətində Rusiyanın Vəhşi Təbiət Fondu ilə
fəal iş aparırıq.
Keniya səfəri ilə bağlı unudulmaz təəssüratlarım var. Bu səfərdən sonra başa
düşürsən ki, hər yerin təbiəti qiymətlidir. Azərbaycana qayıdandan sonra başa
düşürsən ki, bizdə hər şey tamam başqadır. Dünyadakı 11 iqlim qurşağının 9-u
bizim ölkəmizdə var. İnsanların kifayət qədər bilikli, savadlı olması, bunun nə
dərəcədə qiymətli olduğunu başa düşmələri çox vacibdir.
- Məlumdur ki, Azərbaycanda ətraf mühitə hətta məktəblər səviyyəsində böyük
diqqət yetirilir.
- Bəli, bu, həqiqətən belədir. İDEA layihəsi çərçivəsində universitetlərdə və
məktəblərdə ekoloji siniflər yaradılmışdır. İndi biz tələbələr üçün dərslik
üzərində işləyirik. Bir də ki, bu məsələ hər bir uşaq üçün maraqlıdır. Bəli,
biz çox problemlər haqqında fikirləşirik, lakin bu, harada yaşamasından asılı
olmayaraq hər bir insana aiddir. Bizim hətta belə bir şüarımız var: «Bir planet
- bir gələcək».
- Siz ictimai fəaliyyətinizlə yanaşı, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə
- RAGB-yə rəhbərlik edirsiniz. Yaxın vaxtlarda Siz Reza Deqatinin tolerantlığa
həsr edilmiş sərgisini açmışdınız. Fikrinizcə, Azərbaycan və Rusiya xalqları
arasında tolerantlıq məsələlərinin daha yaxşı başa düşülməsi üçün daha hansı
addımları atmaq olar?
- Bu sərgi çox uğurlu oldu. O, Yəhudi muzeyində və tolerantlıq mərkəzində
təşkil edilmişdi. Tolerantlıq bizim üçün qürur mənbəyi deyil, bu, bizim həyat
tərzimizdir, normadır, ona görə ki, burada tarixən müxtəlif xalqları, müxtəlif
dinləri təmsil edən insanlar yaşayır.
Bizdə atəşpərəstlik, zərdüştilik olmuşdu. Xristianlıq Azərbaycana IV əsrdə,
islam VIII əsrdə gəlmişdir, iudaizm iki min illik tarixə malikdir. Bu gün
Azərbaycanda məscidlər, sinaqoqlar, kilsələr, atəşpərəst məbədləri vardır.
Onlar hamısı bir-birinin yaxınlığında yerləşir. Bizdə müxtəlif dillərdə
danışırlar. Azərbaycanda 21 qeyri-müsəlman dini icma var.
Bu, çox vacib və qiymətlidir. Təəssüf ki, müasir dünyada fikir ayrılıqları,
münaqişələr bəzən məhz bir-birini qəbul etmək və anlamaq arzusunun olmaması
üzündən yaranır. Buna görə də hesab edirəm ki, Azərbaycan müəyyən mənada model
rolu oynaya bilər. Əlbəttə, belə bir tədbirin Rusiyada keçirilməsi çox önəmli
idi, ona görə ki, bizim ümumi cəhətlərimiz çoxdur, Rusiyada 100-ə yaxın
müxtəlif xalqların və dinlərin nümayəndələri yaşayır, bunu qoruyub saxlamaq çox
vacibdir.