vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
10:48 | 14 may 2014 | Çərşənbə Məqaləyə 1786 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Olland hədələdi

«Prezident seçkiləri baş tutmayacağı və ya vəziyyətin gərginləşəcəyi təqdirdə...»

Eldar TANRIVERDIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransua Olland mayın 25-də Ukraynadakı seçkilərinin baş tutmayacağı təqdirdə Rusiya və rusmeylli qüvvələrə qarşı sanksiyaların sərtləşdiriləcəyinə dair söz verib.

AzVision.az-ın məlumatına görə, bu barədə Fransa prezidenti gürcü həmkarı Georgi Marqvelaşvili ilə Tbilisidə keçirilən görüş zamanı bildirib.

«Bizim Rusiya məsələsində sərt mövqeyimiz olmalıdır. Prezident seçkiləri baş tutmayacağı və ya Ukraynada vəziyyətin yenidən gərginləşəcəyi təqdirdə ona qarşı sanksiyalar daha da sərtləşdiriləcək», - deyə Olland vurğulayıb.

Öz növbəsində Georgi Marqvelaşvili separatçıların keçirdiyi referendumu tanımadıqlarını və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.