vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MƏMLƏKƏT  
12:37 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 2320 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tağı Əhmədova intihar xəbərdarlığı

Keçmiş rəisin oğlu Ağalarovun 100 min dollarının dalından keçib

MÖVZU İLƏ ƏLAQƏLİ

İkinci qrup Qarabağ əlili Loğman Ağalarov Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun oğlu Rauf Əhmədova 79 min manat (100 min dollar) pul verdiyini deyir.


Loğman Ağalarov bu barədə «Azadlıq»a ünvanladığı müraciətində yazıb: «Təxminən 2012-ci ildə sahibkarlıq fəaliyyətimin artırılması üçün əlimdəki vəsaitə uyğun olaraq, obyekt əldə etmək istəyirdim.

Bunun üçün Bakı Metropoliteni ərazisində satılan dükanlarla maraqlandım. Bu zaman Metropoliten əməkdaşları bildirdilər ki, obyektlərin satışı işi ilə Metropoliten rəisi Tağı Əhmədovun oğlu Rauf Əhmədov məşğul olur. Mən də buna  görə Rauf Əhmədovla görüşməli oldum. Görüş zamanı Rauf Əhmədov metronun «İnşaatçılar» stansiyasındakı keçiddə hər dükana görə 15 min AZN pul ödəməli olduğumu bildirdi. Lakin 6 dükanı bir dəfəyə götürdüyümə görə, 79 min manat ödənişlə razılaşdı. Razılaşmadan sonra Rauf Əhmədov bildirdi ki, dükanlar istifadəyə veriləndən sonra onları mənim adıma sənədləşdirəcək».

Lakin Qarabağ əlili iki il müddətində sənədləşməylə bağlı dəfələrə Rauf Əhmədova müraciət etsə də, heç bir cavab ala bilməyib: «Tağı Əhmədov işdən azad olunandan sonra metro keçidlərində fəaliyyət göstərən bütün dükanlar, eyni zamanda mənə məxsus 6 dükan heç bir kompensasiya ödənilmədən söküldü. Yeni rəhbərliyə bu barədə dəfələrlə müraciət etsəm də, «pulu kimə vermisiniz, ondan da tələb edin» cavabını aldım. Hazırda Xətai Rayon Məhkəməsində hakim kimi çalışan Rauf Əhmədovdan pullarımın qaytarılmasını tələb etsəm də, məni polislə hədələyir. Mən Qarabağ müharibəsi əlili olaraq, «Azadlıq» qəzetindən hüquqlarımın müdafiəsinə yardımçı olmalarını xahiş edirəm. Xatırladım ki, özünü kiçik şah hesab edən allahsız məmurlardan şikayət etmədiyim dövlət qurumu qalmayıb. İndi durumum çox ağırdır. Tağı Əhmədovun oğlu, hazırda Xətai Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun 6 dükan üçün məndən aldığı 79 min manat pulun böyük əksəriyyətini borc almışdım. İndi ailəmi dolandıra bilmirəm. Borc aldığım şəxslərin tənəsi ilə üz-üzə qalmışam. İntihar  etməkdən başqa yolum qalmayıb».

Loğman Ağalarovun dediklərinə münasibət öyrənmək üçün qəzetin Rauf Əhmədovla əlaqə saxlamaq cəhdləri baş tutmayıb. Xətai Rayon Məhkəməsinə zəng olunsa da, onu tapmaq mümkün olmayıb.

Qəzet məsələ ilə bağlı Tağı Əhmədovla da əlaqə saxlamaq istəyib. Ancaq gün ərzində Tağı Əhmədova dəfələrlə zəng vurulsa da, onun telefonu qapalı olub.