Kişilər daha çox intihar edir?
Qadınlar çox vaxt özlərini lazımsız hiss etmir
ŞƏYMƏN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İnsanlara təsirsiz ötüşmür
Məlumatların bu qədər çox yayılması passiv duyğunu aktivləşdirir
-
Hamımız üçün utanc gətirəcək
İntiharlar silsilə halını almaqdadır, çıxış yolu nədir?
-
Əgər tale üzünə gülməyəcəksə...
İntihar etdiyi deyilən ginekoloqun faciəsinə sözardı
-
İntiharlar niyə artır?
Hadisələri hər cür çılpaqlığı ilə tirajlamaq alovun üzərinə benzin effekti verir
-
Al-əlvan rəngə boyanmış körpü…
-
Bütün intiharların ömrü ...
Xəyanət edənləri özünə qəsd etməklə cəzalandırmağı ağlınıza belə gətirməyin
-
Heyvanlar niyə intihar edir...
Bütün canlılarda 2 fərqli proqram var - yaşamaq sevgisi və özünüməhv
-
30 yaşında inithara cəhd
Gəncədə əri ilə mübahisə edən qadın sirkə turşusu içib
-
«... Orxan Pamukdan incidim»
Afaq Bəşirqızı: «... Nəsibə Zeynalova ilə müqayisə olunmağım düzgün deyil»
-
Orxan Pamuk Bakıda nəyə təəssüfləndi?
«... Bu cür yerləri qoruyub saxlamaq lazımdı»
-
Bakıda məşhur iş adamı özünü niyə güllələdi
Ailə üzvləri ölüm olayını ehtiyatsızlıq nəticəsində baş verən bədbəxt hadisə sayır
-
«Nazir qəşəng danışır, ancaq orduda qırğındır...»
«Belə ölkədə kim övladını hərbi xidmətə göndərər?»
-
XAOS - 4 aya 26 hərbçi
Düşmən ordusundakı intiharlar cəbhədəki ölümü üstələyib
-
«İntihar baharı» - ölkədə canına qıyanların sayı artır
Qabil Abbasoğlu: «Medianın bu məsələdə günahlandırılmasını vəziyyətdən doğru çıxış yolu tapa bilməyənlərin mövqeyi hesab edirəm»
-
İntihara sürükləyən amillər
Nələr araşdırılmalı, nələrə çıxış azaldılmalıdır?
-
«İnsanla həyatın qarşılıqlı həyasızlığı»
Bu yazı intihara qarşıdı
Artıq Azərbaycanda ölüm eşqi həyat eşqini üstələyib. Sevgilisindən ayrılan qızlar, istədiyi qızdan «hə» cavabı ala bilməyən oğlanlar, həyatda özünə yer tapa bilməyən yeniyetmələr, borcdan, həyatdan bezən, övladına çörək tapmayan böyüklər və daha kimlər, kimlər üçün bir seçim var - İNTİHAR...
Orxan Pamukun «Qar» romanında qeyd etdiyi kimi: «Kişilər həyat mübarizəsində uduzanda, artıq itirməyə bir şey qalmayanda intihar edirlər. Qadınlar isə bu addımı ölümə və ya kiməsə qalib gəlmək üçün atırlar».
Şübhəsiz ki, ölüm haqdır və ondan qaçış yoxdur. Tez ya gec hər bəşər övladı bu gerçəkliklə üzləşməli olur. Ölüm, gözlənilmədən gələn və insanın istəmədiyi halda onun həyatını yarıda qıran bir hadisədir. Amma elə hallar da olur ki, şüurlu insan öz istəyilə ölümü seçərək həyatına son qoyur. Bu cür ölüm isə istənilən halda cəmiyyət üçün təhlükəli tendensiya sayılır.
Qeyd edək ki, iki gün öncə ailəsini dolandıra bilmədiyinə görə bir kişi körpünün üzərində intihara cəhd edib. Özünü körpüdən asmaq istəyən kişi polis əməkdaşlarının və ətrafdakı insanların xahişlərindən sonra fikrindən vaz keçib.
Psixoloq Azad İsazadə insanları intiharlara sürükləyən səbəblərin yaş, cins qrupları və o cümlədən regionlar baxımından fərqləndiyini bildirib. Psixoloqa görə, ən riskli qrup yeniyetmələr sayılır. Orada səbəblər daha romantik məsələlər, imtahan problemi, böyüklər üçün bəlkə ciddi görünməyən, amma o yaş üçün çox ciddi problem kimi qəbul olunur: «Təəssüflə qeyd etmək lazımdır ki, bu qrupun içində də cavanlaşma, yaş sərhədinin getdikcə enməsi özünü göstərir. Faktiki nəinki yeniyetmə, uşaqların intihar hallarına da rast gələ bilirik. Yeniyetməlik mərhələsində insan maksimalist olur, hər şey onlar üçün iki, ya ağ, ya da qara rəngdə olur. Orta tonlar olmadığından hansısa uğursuzluq yeniyetmə və ya gənc üçün böyük problem olur və intihara əl atırlar. Hər il yayda abituriyentlərin arasında iki-üç, 5 intihar halı və ya cəhdi qeydə alınır. Bu yaşda insanlar üçün instituta qəbul olunmamaq həyatın bitməsi kimi qəbul olunur». Azad İsazadə bildirdi ki, ikinci risk qrupuna 45-60 yaş arası daxildir ki, bu yaşda daha çox kişilər intihar edir. Səbəb sosial, maddi, karyera məsələsi, biznes problemləri və s. ola bilər: «Kənd yerlərinin intiharları da şəhərdəki intihar səbəblərindən fərqlənir. Bəlkə də ən əsas problem odur ki, bizdə intiharlar mərkəzləşdirilmiş formada analiz olunmur. Səbəblər, formalar dəqiqləşdirilmir. Bəzən intiharlara iqlim problem də təsir edə bilər. Bunlar dəqiqləşdirilmir».
Statistikaya əsasən orta yaş kateqoriyasında kişilərin qadınlardan daha çox intihar etdiyini vurğulayan psixoloq bildirib ki, kişilər sosial statusa, işsiz qalmağa, maddi problemlərə daha həssasdırlar. Xanımlar evdə də məşğuliyyət tapa bilir: «Maaş almayanda da xanımın hansısa işi var. Buna görə də özünü lazımsız hiss etmir. Kişi isə işini itirəndə və ya az əməkhaqqı alanda, ailəni dolandıra bilməyəndə çıxış yolu axtarmağa başlayır və bəzən də depressiva halda olanda ən yaxşı çıxış yolunu intiharda görür. Elə özünü körpüdən asmaq istəyən bu adam kimi».
A.İsazadənin sözlərinə görə, intiharların sayını azaltmaq olar, amma bunun üçün ciddi işlər həyata keçirilməlidir. Psixoloq ən riskli qrup yeniyetmə və gənclər olduğu üçün bu sahədə məktəb psixoloqlarının, ailənin olduqca böyük rol oynadığını bildirib: «İntihar fikri bir gün ərzində formalaşmır. Bəzən bu fikrin beyində formalaşma müddəti aylarla olur. Abituriyenti yenə də misal kimi götürsək, görərik ki, o il ərzində hazırlaşır, amma paralel beynində bir müdafiə mexanizmi də yaranır. Birdən mən qəbul olunmasam, yaşamayacam. Bunu valideynlər, müəllimlər və ya qohumlar vaxtında hiss edib həyəcan siqnalı verməlidirlər». A.İsazadə onu da bildirib ki, intiharların sayını azaltmaq üçün ilk növbədə intiharları araşdırmaq, öyrənmək lazımdır. Hansısa bir mərkəzləşdirilmiş məkan olmalıdır ki, bütün məlumatlar toplansın. Həmin mərkəz o biri qurumlar üçün təlim keçməlidir. Məsləhətlər verməlidir: «Müəllimə bir cür, polis əməkdaşına başqa təlimlər lazımdır. Hansı risk qrupunda hansı tədbirlərin görülməsi ilə bağlı məsləhətlər verilməlidir. Təəssüf ki, bizdə ümumiyyətlə intiharlarla məşğul olan cavabdeh qurum yoxdur. Ancaq polislər bununla məşğul olur, onlar da daha çox hüquqi işlərlə. Amma psixoloji və sosioloji araşdırmalar aparılmır».
Psixoloq Asəf Kərimova görə, intiharların artması cəmiyyətin məhvinə səbəb ola bilər: «İnsanın yaşadığı mühit, aldığı tərbiyə, dünyagörüşü onun bir şəxsiyyət kimi yetişməsində, çətin məqamlarında çıxış yolu tapmasında böyük rol oynayır və insanın psixoloji müdafiəsi bu amillər əsasında formalaşır. İntihar edənlər də psixoloji cəhətdən özünü müdafiə edə bilməyən insanlardır. Səbəbindən asılı olmayaraq, ölkə ərazisində intihar hallarının çoxalması insanlar arasında ciddi sosial-psixoloji problemlərin mövcudluğundan xəbər verir».
Psixoloqun sözlərinə görə, Azərbaycanda psixoloji xidmətlər çox aşağı səviyyədə təşkil olunub: «Digər ölkələrdə insanların psixi durumunda ağır problemlər yarananda dərhal psixoloqa müraciət edirlər, dərdlərinə çarə axtarırlar. Bu gün Azərbaycanda, çox təəssüf ki, insanların psixoloqlara müraciət etməsi nadir hallarda olur. Düşünürəm ki, intiharın qarşısını almaq üçün bəzi hallarda KİV-lərə qadağa qoyulmalıdır ki, zorakılıq və ölüm səhnələri göstərilməsin. Bu qadağaların belə halların az baş verməsinə müəyyən qədər təsiri olacaq. Bundan başqa, istər valideyn, istər müəllim, istərsə də uşaqları əhatə edən dost-tanışları tez-tez psixoloji söhbətlər apararaq onlarda yarana biləcək gərginliyi aradan qaldırmalıdırlar, əks halda cəmiyyətin özü intihara doğru meyllənəcək və bu da dünyanın sonu deməkdir».