Müəllimlərin biabırçılığı
Ən çox səs-küy salanlar ən zəif nəticə göstərənlərdir
Sevinc İLTİFATQIZI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Məktəblərdə istilik yoxdur
Sovetdənqalma 15 noyabr qərarı niyə ləğv olunmur?
-
«Bir də gördüm hikkəylə girdi otağıma...»
Müəlliməyə intim təklif etdiyi deyilən direktor danışdı
-
Məktəblərdə informatika fənni niyə qadağan olunub?
Orta məktəblərdə həftəlik dərsləri 30 saat olan təmayüllü siniflər yaradılacaq
-
Şagird qəbulunun ilk mərhələsi yekunlaşdı
Bu il 44000-dən çox uşaq 1-ci sinifə gedəcək?
-
Bu gün «Son zəng» çalınır
19 525 şagird məktəblə vidalaşır
-
Sabahdan qəbul başlayır
Birinci sinfə seçimlərdə yenilik var
-
Nazirdən sərt əmrlər
26 direktor işdən çıxarıldı, 79-na xəbərdarlıq olundu
-
3000 müəllimin maaşı artırıla bilər
Məhəbbət Vəliyeva: «Bununla bağlı iş aparılır»
-
«Narazılıqlar buradan qaynaqlanır»
Məhəbbət Vəliyeva: «Şagirdlərə qarşı kobud hərəkət edən müəllimlər cəzalandırılacaq»
-
Rzaquliyeva Murğuzovanın güdazına gedib?
Adı kredit qalmaqalında hallandırılanla yanaşı 14 məktəb direktoru da işdən çıxarılıb
-
Nazirdən müvəqqəti təyinat
TN-dən Nailə Razquliyevayla bağlı daha bir açıqlama gəldi
-
«Nailə Rzaquliyeva işdən özü çıxıb»
Nazirlikdən BŞTİ müdirinin istefası ilə bağlı açıqlama
-
Nazirlikdə növbəti islahat
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi Nailə Rzaquliyeva işdən çıxarıldı
-
Nazir əmr imzaladı
Cəzaçəkmə müəssisələrindəki məktəblərlə bağlı
-
İstedadlıların I sinfə qəbulu başlayır
İyulun 20-dən elektron ərizələrin qəbuluna başlanılacaq
-
Türk liseylərində oxuyanların nəzərinə!
Bu gün şagirdlərin yerləşdirilməsi ilə bağlı valideynlərin qəbuluna başlanacaq
10-13 iyun 2014-cü il tarixlərində keçirilmiş Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi keçirilib və bu gün imtahan nəticələri açıqlanıb.
Lakin, bəzi müəllimlər cavab kartlarının doldurulmasında səhvlərə yol veriblər və bu da nəticələrin saytda yerləşdirilməsinə problem yaradıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az-a verilən məlumata görə, əksər müəllimlər məktəb kodu əvəzinə məktəbin nömrəsini, təvəllüd ili əvəzinə gün, ay, ildən ibarət rəqəmləri daxil ediblər:
«Bir neçə məsələni qeyd etmək istərdik:
1. Suallar və onların düzgün cavabları əvvəldən bildirildiyi kimi BŞTİ-nin saytında yerləşdiriləcək (növbəti həftə ərzində)
2. Təəssüf ki, bir sıra müəllimlər tərəfindən cavab kartlarının doldurulmasında buraxılan (və BŞTİ-nin əməkdaşlarının yuxusuz gecələr və istirahətsiz günlər keçirməsinə səbəb olan) səhvlər hazırda cavab nəticələrinin öyrənilməsi üçün yaradılan bölmənin doldurulmasında da təkrarlanır (gələn müraciətlərin təhlili onu göstərir ki, əksər müəllimlər məktəb KODu əvəzinə məktəbin NÖMRƏsini, təvəllüd ili əvəzinə gün, ay, ildən ibarət rəqəmləri daxil edirlər). Diqqətli olmağa çağırırıq!!!
3. BŞTİ ilə yanaşı Nazirliyin Qaynar Xəttinin (146) əməkdaşları da müəllimlərin suallarını cavablandırmağa hazırdır.
4. Ən son müşahidə isə odur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin «Facebook» səhifəsində ən çox hay-küy qaldıran «müəllimlər» əsasən zəif və ya çox zəif nəticələr göstərmiş şəxslərdir.
Qeyd edək ki,4 gün davam edən Sınaq Qiymətləndirilmə 30 mərkəzdə təşkil olunub. Bakı şəhərində fəaliyyət göstərən 357 dövlət ümumtəhsil müəssisələrində çalışan 29 000-ə qədər müəllim (ümumi kontingentin 95 faizdən çoxu) imtahanda iştirak edib.