vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
09:05 | 21 iyun 2014 | Şənbə Məqaləyə 3592 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Statistika Komitəsi səhv məlumatlar yayır

Əli Hüseynli: «Sədrin diqqətinə çatdıracam»

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən parlamentdə Dövlət Statistika Komitəsinin fəaliyyəti tənqid olunub. Statistik məlumatların yanlış verilməsinə görə cərimənin artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib ki, Dövlət Statistika Komitəsi rəsmi bülletenlərində böyük təhriflərə yol verir:


«İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik statistik məlumatları qaydalara və qanunlara uyğun şəkildə çatdırmayan təşkilatlara kəsilən cərimənin miqdarının artırılmasını nəzərdə tutur. Mənim bununla bağlı bir sualım var. Əgər Dövlət Statistika Komitəsi statistik məlumatları düzgün çatdırmırsa, bu cərimələr onlara da şamil olunacaqmı? Çünki Statistika Komitəsinin bülletenlərində ciddi təhriflərə yol verilir. Bilmirəm bunu bilmədiklərindən, yoxsa qurumların ötürdüyü yanlış məlumatlar əsasında edirlər».

Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, ümumiyyətlə, Statistika Komitəsinin fəaliyyəti Milli Məclisdə müzakirə olunmalıdır: «Statistika Komitəsinin məlumatı ya yanlış olur, ya da insanların hissiyyatına toxunan formada verilir. Əhalinin son siyahıyaalınması zamanı açıqlanan statistik məlumatlar buna bariz nümunədir. Bu məsələlərə aydınlıq gətirilməlidir».

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də deyib ki, Dövlət Statistika Komitəsinin hətta deputatlara təqdim etdiyi statistik hesabatlarda ciddi səhvlər və qeyri-dəqiq məlumatlar olur: «Bunu Statistika Komitəsi sədrinin diqqətinə çatdıracam».

Müzakirələrin sonunda Milli Məclis yanlış statistik məlumat verilməsinə görə cəriməni 35-50 manatdan 300-700 manatadək artırıb.