Bu zəng kimin üçün çalınır?
Bağlanan məktəb və kurslar bir nümunə olaraq öyrənilməlidir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
SİMA nə vaxt populyar olacaq?
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
-
Müharibə və startaplar
10 maddədən ibarət ola biləcək qanun layihəsi hazırlanır
-
İnteqrasiya tam reallaşmayıb
Kağızdan tam imtina 2026-cı ilədək sürə bilər
-
«Korrupsiya, rüşvətxorluq bizi əngəlləyən əsas bəlalardır»
İlham Əliyev: «Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır»
-
SOCAR-dan «Araz Kursları» açıqlaması
Rövnəq Abdullayev: «Neftçi neftini çıxarsın, ...»
-
Qafqaz Universiteti qəbul planından çıxarılıb?
TQDK-dan açıqlama: «Bizdə məlumat yoxdur»
-
MM-də «Araz kursları» davası
BAXCP sədri BQP-li həmkarına etiraz edib
-
4 min mühafizəçi SOCAR-dan qovulur
Rəsmilərsə məlumatı təkzib etdi
İlk baxışda bəlkə də başqa bir ölkə üçün adi məlumat ola biləcək, amma Azərbaycanın informasiya həftəsinin baş xəbərinə çevrilən hadisə ilə başlayıram. Özəl Türk litseyləri və «Araz» kursları qapandı. Necə deyərlər, bu litseylərin və Arazın o tayında qalanlar barədə danışaq.
Bu hadisəni mən Azərbaycanda əcnəbi serialların nümayişinin qadağan edilməsi ilə müqayisə edirəm. Hər iki qərar beyinlərin dəyişdirilmə təhlükəsi qarşısında atılmış addım idi.
Əcnəbi seriallar hər bir ailəyə özü ilə milli eksklüzivliyi dəyişməyə qadir yeniliklər gətirirdi, necə deyərlər körpələr osmanlı türkcəsində danışırdı. Bağlanan təhsil müəssisələrində də Azərbaycan insanı köklü şəkildə dəyişdirilir və ondan yeni, amma müəyyən mənada bəlkə də bizim olmayan insan düzəldilirdi. Hətta ola bilsin ki, çox savadlı, çox dil bilən, namaz qılan, oruc tutan və sair. Amma ailə bu məktəblərə öz uşağını verib başqasının yeniyetməsini alırdı. Bir daha deyirəm. Ola bilsin ki, pis olmayan, keyfiyyətli, amma başqasınınkını, özününkünü yox. Bu baxımdan hesab edək ki, bir serial və ya bir realiti şou bağlandı. Bu məktəblərdə övladlarını oxutduran, onların savadlı gələcəyini arzulayan ailələri elə gözəl anlayıram ki, bəlkə də bəziləri içində bu təhsil kurslarını yerli məktəblərlə müqayisə edərkən arabir «ASAN xidmət»ini də xatırlayır. Ona görə ki, ASAN-da da rüşvət yoxdur, bura da insanlar rahat gəlib halal xidmət alıb gedirlər. Amma müqayisəni saxlayaq, mübahisə edək. ASAN - bizim xidmətin, bizim uyğun strukturlarla rəqabətini həyata keçirir və onlara təmizlik olmaq nümunəsi göstərir. Və bu xidmət Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq yaradılıb və burada hər şey dövlətin nəzarəti altındadır. ASAN-ın birinci şəxsinin təyinatından tutmuş, burda ödənilən qanuni vəsaitədək hər kəsə və hər nəyə dövlət nəzarəti var. Burada tam şəffaflıqdır. Bağlanan litseylər və məktəblər isə belə bir şəffaflığı ilə seçilmirlər. Bu məktəblər dövlətin tam nəzarətində deyildilər. Hətta SOCAR-ın eqidası altına keçəndə belə. Məni qınamayın, amma bəlkə də bu məktəbləri SOCAR öz himayəsinə elə bağlamaq məqsədilə götürmüşdü. Ona görə ki, onları bağlamağın başqa yolu yox idi. Haqlıdırlar, bu məktəbləri bitirənlərin yüksək balla ali məktəblərə daxil olduğuna istinad edənlər. Tam haqlıdırlar. Amma niyə biz uşaqlarımızın yüksək balını öz məktəblərimizdən yığmırıq? Ona görə ki, bu bal üçün o məktəblər aydan arı deyillər. Bağlanan məktəblərin ortalıqda qalmış şagirdləri indi hara gedəcəklər? Harda oxuyacaqlar? Onlar artıq rüşvətsiz təhsil görüblər. Onlar yeni müəllimlərə öyrəşiblər. Köhnə müəllimlərə adaptasiya çoooox çətin olacaq. Elə müəllimlərə də. Deməli neyləmək lazımdır. Bu uşaqların səviyyəsinə çatmaq. Şagirdlər öz müəllimlərindən çox biləcəklər. Bu tipli məktəbləri, sinif otaqlarını, yazı taxtalarını görmüş şagirdlər bu şəkildə məktəblərə, sinif otaqlarına və yazı taxtalarına öyrəşə biləcəklərmi? Suallar çoxdur və bu suallara yazı taxtası qarşısında yalnız uşaqlar cavab verməli deyillər və daha çox böyüklər cavab verməlidirlər. İndi növbə bizim öz məktəblərimizindir. Və haqqı var deyim ki, layiqli, uşaq etibar olunası məktəblərimiz var. Bu məktəblər arasında özəl təyinatlı olanlar da var. Və onların təsisçiləri pulu, var-dövləti ilə Azərbaycana bağlı olan kəslərdir. Yəni sabah hər hansı problem çıxarsa, onların verməyə cavabları və başqa nələrisə olacaq. Bağlanan məktəb və kurslar isə bir nümunə olaraq öyrənilməli, burada çalışan müəllimlər dərhal işlə təmin olunmalıdır. Baxmaq lazımdır ki, balam axı camaat uşaqlarını bu məktəblərə niyə verirdilər? Üstəlik də üstündə bu qədər pul???!
İndi isə qayıdaq əcnəbi teleseriallara. Dövlət başçısı əcnəbi serialların nümayişinin dayandırılması barədə verdiyi qərardan sonra Milli televiziya filmləri və seriallarının inkişafına dəstək məqsədilə vəsait də ayırdı. Bundan sonra isə artıq tamaşaçımız öz seriallarına baxmağa başladı. Ola bilsin ki, əvvəl-əvvəl istənilən səviyyədə olmayan, amma özümüzünkü. Və bu gün biz artıq dünyaya çıxırıq. Xoca kimi öyrədirik.
Müəllimin bir adı da elə xocadır.
Buyurun xocam, indi siz başlayın. Zəngə az qalır. Və görün bu zəng kimin üçün çalınır.