vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MÜƏLLİF  
19:11 | 26 sentyabr 2013 | Cümə axşamı Məqaləyə 4036 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yalqızlığın Renesans dövrü»

26.09.13 - «Yalqızlığın Renesans dövrü»...

Yanır qaz sobası, dörd divar... pəncərə
Bir cüt göz zillənib qüssəli... şəhərə
Qorxunc səsi eşidilir dövlətin küçədən
Polisdir, saxlayıb sənəd istəyir şəhərə dönən gecədən
Günəşsə doğub-batmaqdan bezgin halıyla
Yollanır uzaq bir dağın arxasına
Axşamüstü yalqızlığın Renesans dövrü başlanır.
Tənhalığın bezdirici eyniliyi düşündürür adamı;
ən böyük hakimiyyət tabe olmamaqdır.
Qapı döyülür, qonaq gəlir ikiayaqlı gözəllik...
Tərkibi bir cüt döşdən, nəm paçadan və sadiq qəlbdən ibarətdir
Qapıya yüyürür ac sevgi. 
gözəllik - ət kimi çox tez iylənir evə girdikdə.
qadınlar – bu məişət inkivizatorları 
yandırdıqları tonqala atırlar 
öz ərlərini
Amansızcasına!
hərdən öz halıma ağlayıram gecələr
bacımsızcasına, anamsızcasına
nə vaxtsa adı sevgi olan şey
indi baş ağrısıdır, əsəb pozğunluğudur
nə vaxtsa adı sevgi olan şey
indi ABŞ dollarıdır, qara bazar onluğudur.
nə vaxtsa adı sevgi olan şey
indi məişət fironluğudur.
Sevgi hələ quldarlıq dövründədir.
Hələ sevgidə inqilab yoxdu, üsyan var
Məhbəs yoxdur, edam var.
Bədbəxtliyin isə xronologiyası adi və sadədir:
Yanvar. Soyuqdur, evdəsən və təksən
Fevral. Soyuqdur, evdəsən və təksən
Mart . soyuqdur, evdəsən və təksən
Aprel. Soyuqdur, evdəsən... amma yoxsan
Yəni ölmüsən, ya da bir azdan öləcəksən.
Gün batır, 
Bu zaman onun üstünə yuvasına tələsən bir quşun kölgəsi düşür, 
bir anlıq.
Otuz iki ildir tanıyıram o quşu
Otuz iki ildir seyr edirəm bu batışı
Otuz iki ildir hər gecə bir az da qatılaşır bu qaranlıq.

   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)