

Bir kitabdan daha artığı
Zəngəzur dəhlizi və regional geosiyasi perspektivlər
Enerji siyasəti üzərindən qlobal və regional təhlükəsizlik
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Qonağı qarşılamaq mədəniyyətdir
“Həkim, qoyma ölüm, mən müharibəyə getmək istəyirəm”
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
“Le Point” jurnalı “Yeni dünya nizamı” adlı xüsusi buraxılış dərc edib
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Türkiyənin oyuna daxil olması əli ilə bərabər, risklərini də gücləndirir
Ərdoğan Qərbin tək qoyduğu Zelenskini öz çətiri altına aldı
Ukrayna prezidenti sabah Ankarada Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək
Ərdoğan Malayziya baş naziri ilə hədiyyə etdiyi TOQQ-da səyahət etdi
Əcnəbilər bölgələrə niyə getmirlər?
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib.
Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib və təşəkkür edib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Türkiyənin hər zaman dəstəyinə görə minnətdarlığını çatdırıb, qardaş Türkiyə xalqına dərin hörmətini ifadə edib. Prezident İlham Əliyev bildirib ki, Ermənistan qoşunların təmas xəttində növbəti dəfə təxribat törədib, Azərbaycanın mövqelərinə hücum çəkib. Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edib, qarşı tərəf lazımi cavabını alıb.
Prezidentin mətbuat xidməti həmçinin xəbər verir ki, aprelin 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Belarus Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlığını bildirib.
Prezident İlham Əliyev Belarus Prezidentini son hadisələrlə bağlı məlumatlandıraraq qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin törətdiyi növbəti təxribatın və mövqelərimizə hücumun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verib.