vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
KARYERA  
20:20 | 16 noyabr 2016 | Çərşənbə Məqaləyə 1855 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İş masanız sizin haqqınızda...

Dağınıq, minimalist, yayğın, özəlləşdirən, yoxsa nəzarətçi?

Kompüterinizin ekranını köhnə fincan və kağız qalağı arxasından tapmaqda çətinlik çəkirsiniz? Yoxsa sizin iş masanız bir minimalistin xəyallarını bəzəyir?

Hər bir ofis işçisi masasının üzərini özünəməxsus qaydada saxlayır. Bir sıra araşdırmalar da göstərir ki, iş məkanınızı necə saxlamağınız işləməyinizə təsir edə bilər, belə ki, qarmaqarışıqlıq yaradıcılıq qabiliyyətinizi artırdığı kimi diqqətinizi yayındıra da bilər.

Oustində yerləşən Texas Universitetinin psixologiya üzrə professoru və «Diqqət Et: Əşyaların Sənin Haqqında Nə Deyir» (Snoop: What Your Stuff Says About You) adlı kitabın müəllifi Sam Qoslinq deyir ki, biz bilərəkdən və ya əksinə şəxsi təqdimatımız sayəsində xarakterimizi nümayiş etdirmiş oluruq.

«İş masası da daxil olmaqla fiziki məkanların kiminsə xasiyyətini izah etməsi vaxt keçdikcə bir çox davranışların kristallaşmasından irəli gəlir,» müəllif deyir.

Mühit psixologiyası üzrə məsləhətçi və Britaniyada yerləşən «Space Works Consulting» şirkətinin direktoru «Lily Bernheimer Gosling» və digər şəxsiyyət və mühit üzrə psixoloqların işləri əsasında «Headspace Group» şirkəti üçün beş xarakteristik iş masası növünü müəyyənləşdirib.

Eyni zamanda Britaniyada yerləşən «Surrey» Universitetinin elmi işçisi olan Bernheymer bu nəticəyə şəxsiyyət üzrə araşdırmalar, mühit psixologiyası və «böyük beşlik»: ekstraversiya, uyğunluq, şüurluluq, nevrotisizm və təcrübəyə açıqlıq əsasında gəlib.

Beləliklə, iş masanız şəxsiyyətiniz haqqında nə deyir?

İş masanız necə görünür? Bizə iş masanızın şəklini göndərin və biz ən yaxşılarını gələn həftə «Facebook» səhifəmizdə paylaşaq.

 

Dağınıq

 

Dağınığın iş masası adətən xaotik, rəngarəng olur, bəzək əşyaları və şəxsi əşyalarla örtülür. Bernheymerə əsasən, dağınıqlar daha çox ekstravert və həmkarları tərəfindən sevilən olurlar.

«Əgər onlara harada oturmaq imkanı verilsə, rahat olduğu və özlərini xoşbəxt hiss etdikləri üçün ofisin tərəflər kəsişdiyi hissəsini seçərlər.»

Mənfi cəhəti? Onlar adətən son dərəcə məşğul və aktiv olduqlarına görə daha az ünsiyyətcil həmkarları ilə müqayisədə masanı qaydasına salmaq üçün zamanları olmaz.

Lakin, onların qarmaqarışıq masaları boz minimalist və ya cansıxıcı kağız qalağı ilə dolu masalara nisbətən, daha xoş təsir bağışlayır.

 

Minimalist

 

Qayda və nizamı sevirsiniz? Ola bilsin ki, minimalistsiniz. Amma qarmaqarışıqlığı sevmədikləri heç də ekstravert olmadıqları anlamına gəlmir, Bernheymer deyir: «Son dərəcə səliqəli və qaydasında olan iş yeriniz varsa, bu o demək deyil ki, siz introvertsiniz».

Əksinə, minimalistdə şüurluluq, intizam və ayıqlığın xüsusiyyətləri daha çox müşahidə olunur.

Bernheymer həm də qeyd edir ki, onlar işgüzar, etibarlı, uğura can atan, quruculuq və planlamada bacarıqlıdırlar.

Lakin diqqətli olun, iş masanızda sizə özəl bir şeyin olmaması, işinizdə uzun müddət qalmağı planlamadığınız anlamına gələ bilər.

 

Yayğın

 

Yayğın tipinə daxil olanlar ofisdə özlərinə aid hissədən bərk yapışanlardır.

«Dominant təbiətə xas insanlar yerləri barəsində də son dərəcə həssasdırlar», Bernheymer vurğulayır.

Zaman keçdikcə, onların şəxsi əşyaları digərlərinin ərazisinə də daxil ola bilər; belə ki, boş stula qoyulan gödəkcə və ya digərlərinin masasınadək uzanan bir əşya.

«Onlar qəhvə fincanlarını və ya sendviçlərinin yerini dəyişərək daha çox yerə sahib olmaq istəklərini göstərə bilərlər».

Bu növ insanlar otağın ortasında oturmağı sevirlər və fiziki məkanlarını gözə soxmaq xətrinə daha aqressiv ola bilərlər.

Ehtiyat etməyə dəyərmi? Yayığın xarakterli biri ilə yanaşı oturursunuzsa, çox güman ki, hə. Xüsusilə eyni böyük masanı paylaşan yayğın həmkarlarınız öz tərəflərini qorumaqla yanaşı, sizin də hissənizdən pay istəyə bilərlər.

 

Özəlləşdirən

 

Masanızda xüsusi kitab və ya jurnal qalağı varmı? Bəs incəsənət nümunəsi, səyahət şəkili və ya xatirə əşyası necə? Bəlkə də siz özəlləşdirən tipdənsiniz.

«Sadə, dəbə uyğun və qeyri-adi iş yerinə sahibsinizsə, bu sizin açıq olduğunuzu göstərir. Bu o deməkdir ki, siz, yüksək yaradıcılıq qabiliyyətinə, intellektə maliksiniz və yeni təcrübələrə açıqsınız,» Bernheymer deyir.

Bernheymerə görə, özəlləşdirən xarakterli insanlar hər şeydə maraqlı, ekstravert və yaradıcı olurlar. Onlar eyni zamanda işlərindən məmnun insanlardır. Psixoloji pozitivlik və fiziki sağlamlıq həm işçi, həm də sahibkar üçün böyük üstünlükdür.

 

Nəzarətçi

 

Arxası qapıya oturmaqdan xoşlanmırsınız? Çox gəliş-gediş olan yerdə özünüzü narahat hiss edirsiniz? Bunun bir səbəbi var. «Təkamüldən qaynaqlanaraq bizim üçün üzü mümkün təhlükəyə doğru dayanmaq daha əlverişli olardı,» Bernheymer vurğulayır.

Nəzarətçilər şəxsi yerin olmasına üstünlük verirlər - artıq səs-küy, qarışıqlıq və əlaqə onları hədəqələrindən çıxarda bilər. Onlar ofisdə arxası divara sarı oturmağı və tək işləməyi tərcih edərlər. Hətta onlar bir az kobud da olar bilərlər.

Nəzarətçilər introvert olsalar belə, yüksək dərəcədə yaradıcı və məhsuldardırlar, Bernheymer qeyd edir. Onları yalnız başına buraxın və məşğul ikən gizlicə arxadan mane olmayın.