vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
21:49 | 9 aprel 2017 | Bazar Məqaləyə 2301 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaşinqton Reyqan dövrünə qayıdır

Prezientliyə 80 gündür başlayan Trampın siyasəti 180 dərəcə dəyişib

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-da sistem Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyi ehtimal olunan Trampı 2,5 ayda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirəcək səviyyəyə gətirdi.

Aydın şəkildə ortaya çıxdı ki, Trampın seçkiqabağı ritorikasından, onun bəzi marginal müşavirlərinin dünyagörüşündən, fikirlərindən daha çox, respublikaçıların ötən ilin iyulunda Klivlenddə keçirilən qurultayında təqdim olunmuş rəsmi seçki platformasını ciddiyə almaq lazım imiş. (Adamlar yazanda boş yerə yazmır.) Tramp artıq ciddi şəkildə ənənəvi dövlət siyasətinə dönüş siqnalları verir. Qısamüddətli perspektivdə İŞİD-in məhvi 1 saylı prioritet olsa da, «Əsəd getməsə, sülh gəlməyəcək» formulu Vaşinqtonun Suriya siyasətində yenidən önə çıxıb.

Məlumat var ki, dövlət katibi Tillerson gələn həftə Rusiyaya səfəri zamanı Moskvaya Əsədə dəstəyi dayandırmağı məsləhət görəcək. Əks halda, Rusiya (eləcə də İran) Suriyada hərbi cinayətlər törətməkdə ittiham ediləcək və hər iki ölkəyə qarşı yeni sanksiyalar tətbiq olunacaq. Vaşinqton Rusiyanın Əsədin kimyəvi silah tətbiq etdiyini bildiyinə və bunu gizlətməyə çalışdığına inanır. Tillersonun səfər zamanı bu barədə sübutları təqdim edəcəyi də iddia olunur.

Obama dövründən fərqli olaraq, ABŞ-ın diplomatiyasının arxasında bu dəfə hərbi güc dayanıb. «Sərt güc» vasitəsilə «yumşaq güc»ə yol açılır və diplomatiyanın nəticəyönümlü olmasına şərait yaradılır. Reyqan dövründəki siyasətin Vaşinqtonda yenidən ağırlıq qazanmağa başladığını müşahidə edirik.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)