
İraqı qum fırtınası vurdu
4 nəfər ölüb, 3 nəfər yaralanıb
4 nəfər ölüb, 3 nəfər yaralanıb
Dünənki müttəfiqlər arasında gizli döyüş – İran və İraq seçkiləri
Mario Varqas Llosanın Bağdad təəssüratları
İran tabeliyindəki terrorçulara sərbəst şəkildə davranmaq səlahiyyəti verib
ABŞ qüvvələrinin ölkədən çıxmağına az qalmış Bağdadın təhlükəsizlik narahatlıqları artıb
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
“Alternativ olmasa, yəqin ki, çətin yay olacaq”
İŞİD yaraqlısı Məhəmməd Şərifullah ABŞ-da mühakimə olunur
“İran İraq və Suriyada yüksək bədəl ödədi”
Dövlət katibi Rubio və İraqın baş nazirinin görüşündə nələr müzakirə olunub?
ABŞ ordusu Somalidə terrorçuların mağarasını bombaladı
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
İran prezidenti İraqın müqəddəs şəhərlərini də ziyarət edəcək
Rəsmi Bağdad müddətin uzatılmasını rədd etdi
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
«The İndependent» yazır ki, İraq-Şam İslam Dövləti (İŞİD) özünün ən son döyüşünə hazırlaşır. Məqalədə deyilir ki, İraqın ikinci böyük şəhəri və özünü İslam Dövləti adlandıran təşkilatın son istehkamı olan Mosulda indi yalnız kiçik bir ərazi cihadçıların tam nəzarətində qalıb.
Elə bu ərazidə ilişib qalmış iraqlılar bildirirlər ki, islamçılar Böyük ən-Nuri məscidinin ətrafındakı müdafiə xəttini möhkəmləndirməklə məşğuldurlar.
Qəzetin Beyrut müxbiri yazır ki, son iki gündə Dəclə çayının qərb sahilindəki orta əsrlərə aid möhtəşəm məscidə aparan bütün yollar bağlanıb və cihadçılar şəhərin bu hissəsində qalmış sakinlərdən yaxınlaşmaqda olan İraq ordusuna qarşı canlı sipər kimi istifadə etməyi planlaşdırırlar.
Məqalədə deyilir ki, İŞİD İraqın bu zəngin kosmopolit şəhərini 2014-cü ilin yayında gözlənilməyən hücumla ələ keçirmişdi. O vaxt təşkilatın əlində İraqın bütün ərazilərinin üçdə biri cəmləşmişdi.
«The İndependent» yazır ki, 1, 5 milyonluq əhalisi olan şəhəri ələ keçirə bilməsi o vaxt İŞİD-in özünü də mat qoymuşdu.
Məhz bundan sonra təşkilatın başçısı Əbu Bəkr əl-Bağdadi ən-Nuri məscidində ilk və son dəfə açıq xütbəyə çıxaraq xilafəti bəyanlamış və bütün dünya müsəlmanlarına çağırış etmişdi.
Lakin aydındır ki, nə İraq, nə də onun ABŞ koalisiyası tərəfindən dəstəklənən müttəfiqləri heç vaxt Mosulu əbədi olaraq İŞİD-in ixtiyarına buraxmaq fikrində olmamışdılar.
Buna baxmayaraq Mosul uğrunda döyüş gözlənildiyindən uzun və qanlı olub.
2016-cı ilin oktyabrında Mosulun alınması uğrunda «Yenilməz qətiyyət» adlı əməliyyat başlananda İraq generalları müharibənin ilin sonunadək başa çatacağını proqnozlaşdırırdılar.
Lakin artıq səkkiz aydır ki, Mosulda küçəbəküçə snayperlərin və mina pusqularının müharibəsi səngimək bilmir.
İraq hökuməti öz itkilərinin sayını məxfi saxlayır ki, ictimaiyyət qələbənin necə ağır başa gəlməsindən həyəcanlanmasın.
Mosul əməliyyatı zamanı, ABŞ koalisiyasının zərbələri də ara-sıra səbəb olmaqla minlərlə dinc sakin həlak olub.
Mosulun Köhnə şəhər hissəsində hələ də 200 min sakinin ilişib qaldığı təxmin edilir.
Oradan qaçıb gələ bilənlər deyirlər ki, şəhərin İŞİD-ə aid hissəsində su və ərzaq çatışmır, tibb xidməti isə demək olar mövcud deyil.
Yerli sakinlərin qaçıb getməməsi üçün İŞİD döyüşçüləri bəzi hallarda evlərin qapılarını daşla hörürlər.
Müxbir yazır ki, İŞİD-in qara bayrağı hələ də ən-Nuri məscidinin əyilmiş minarəsində dalğalanır, lakin bunun nə qədər davam edəcəyi bilinmir.
Bu da ehtimal edilir ki, 1970-ci illərdən bəri təmir görməyən məscid binasının özü çökə bilər.
«The İndependent» yazır ki, Mosul azad ediləndən sonra hətta sakinlər bura qayıtsalar da, sığınmağa bir ev də tapmayacaqlar. Qədim şəhərin daşı daş üstündə qalmayıb.