Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
21:39 | 20 iyun 2017 | Çərşənbə axşamı
Məqaləyə 2088 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Ukrayna prezidenti Petro Poroşenko hazırda Vaşinqtondadır və bir azdan prezident Tramp və vitse-prezident Penslə görüşəcək. Elə bu əsnada ABŞ hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar bəzi Rusiya şirkətlərinə və dövlət məmurlarına, eləcə də Donbasdakı separatçı rejimlərin indiyədək sanksiyalardan kənarda qalmış nümayəndələrinə qarşı yeni sanksiyalar tətbiq olunduğunu elan edib. Sanksiya siyahısına ümumilikdə 38 hüquqi və fiziki şəxs əlavə olunub.
Sanksiya tətbiq olunan qurumlar arasında Putinin sevimlisi olan «Noçnıye volki» bayker klubu, «Vaqner» özəl hərbi şirkəti də var. Rusiyadan Donbasa və Suriyaya döyüşməyə gedən peşəkar hərbçilər məhz «Vaqner» şirkəti tərəfindən cəlb olunur və göndərilir. Bundan başqa, Putinə yaxın tanınmış iş adamı, adı sanksiya siyahısında olan Yevgeni Priqojinə məxsus «Concord-catering», «Concord Management and Consulting» şirkətlərinə, bundan başqa, «Çernomortransneft», «Qiprotruboprovod» şirkətlərinə, indiyədək sanksiyalardan kənarda qalmış bir sıra banklara və silah şirkətlərinə də sanksiya tətbiq olunub.
Fiziki şəxslərin siyahısında Rusiya iqtisadi inkişaf nazirinin müavini Sergey Nazarovun, Rusiya Federasiyasının Krım üzrə yüksək vəzifəli məmurlarının və Donbasdakı separatçıların adları var.
ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, Rusiya Minsk razılaşmalarını yerinə yetirənə və Ukraynanın suverenliyi bərpa olunana qədər sanksiyalar yumşaldılmayacaq.