
Lahıc ustalarının əl işi – Monomax tacı
Yaqut, zümrüd və digər qiymətli daşlar ilə hazırlan 1 kiloqramlıq şahlıq simvolu
Yaqut, zümrüd və digər qiymətli daşlar ilə hazırlan 1 kiloqramlıq şahlıq simvolu
Rayonun şimal dağ kəndlərində ciddi fəsadlar var
Şamaxıda Dəmirçi Arxeologiya Muzeyinin, İsmayıllıda yeni xalça fabrikinin açlışı olub
İlham Əliyev: “Əgər əlavə xahişlər olarsa, siz mənə deyin ...”
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
«Euronews» telekanalı Azərbaycanın incisi barədə süjet yayımlayıb
İsmayıllı meşəsində yanğın tamamilə söndürülüb
Azərbaycan velosiped istehsalına başladı, ...
«Bu bizim ailə ənənəmizdir, genetikdir, onu nəsildən nəslə ötürmək borcumuzdur»
Musa Yaqubla 80 yaş söhbəti: «Torpaq çox qəribə şeydi, həm bulandırır, həm duruldur»
Rayona göndərilmiş müəllimənin oğurlanıb qaçırılması ilə bağlı yeni xəbər
«Iqtidarda öz dövlətinə və dövlətçiliyinə sadiq insanlar hansı təriqətin üzvü ola bilərlər?»
İcra başçısı Mirdamət Sadıqov vergilər nazirinin kadrıdır və ...
Qafqazdakı yeganə velosiped zavodu olan «Isma Bikes» iki ay əvvəl Batumidən (Gürcüstan) dağ turizmi üçün 10 min ədəd velosiped sifarişi alıb. Bunu jurnalistlərə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov deyib.
M.Sadıqov İsmayıllıya gələn turistlərin sayının artdığını da deyib: «Lahıc qəsəbəsinə gələn turistlərin sayı artıb. Rəsmi statistikaya görə, bu il turistlərin sayı 33 min nəfərdir. Amma rayon Statistika İnformasiya İdarəsinin məlumatında isə bu rəqəm 83 min olaraq göstərilib».
İcra başçısı qeyd edib ki, Lahıcda əhalinin azalmaması naminə onların məşğulluğu üçün imkanlar yaratmaq lazımdır: «Əgər desələr, Lahıcda ticarətlə məşğul olanlar zəif dolanır, bilin ki, yalan deyir. Əgər Lahıca gələn hər turist burada cəmi 3 manat pul xərcləsə, bu, ildə minimum 15-20 min manat deməkdir. Bunu inkişaf etdirmək üçün buranın inkişaf planı olmalıdır. Təəssüf ki, ustalarımız bu gün suvenirlər hazırlamağa keçiblər. «Tefal» qazanlar çıxandan qədim kəfkir, aşsüzən moddan düşüb. İndi qolbağa, suvenirlərə keçməklə elə bil sənətkarlıq başqa cür formalaşıb. Vaxtı ilə buranın 15-20 min əhalisi olub, indi isə 3 min nəfərə yaxındır. Cavanlar gedib Bakıda günü 15 manata fəhlə işləyir. Əgər burada gündə 10-15 manat qazansa, öz yerində qalacaq».
M.Sadıqov İsmayıllı ərazisində atçılıq turizminin inkişaf etdirilməsi üçün işlər görüldüyünü də bildirib.