vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 30 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TURİZM, NƏQLİYYAT  
11:48 | 4 oktyabr 2017 | Çərşənbə Məqaləyə 5460 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Lahıc: mis qablar sənətkarları və Monomaxın papağı»

«Euronews» telekanalı Azərbaycanın incisi barədə süjet yayımlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«Euronews» telekanalının «Postcards» proqramı növbəti reportajını İsmayıllı rayonunun Lahıc qəsəbəsinə həsr edib.

Avrora Velesin müəllifi olduğu reportajda tamaşaçılar Azərbaycan haqqında məlumatlandırılır. «Lahıc: mis qablar sənətkarları və Monomaxın papağı» adlı videomaterialda Lahıcın XVIII-XIX əsrlərdə mis qab və soyuq silah hazırlanmasında Qafqazda əsas istehsalat mərkəzlərindən biri olması qeyd edilir.

Reportajda Lahıcda hazırlanmış mis əşyaların Luvr və dünyanın digər mötəbər muzeylərində sərgiləndiyi vurğulanır. Bildirilir ki, Lahıc tarix-mədəniyyət qoruğu «Böyük İpək Yolu» beynəlxalq turizm marşrutuna daxil edilib.

Videomaterialda Lahicda misgərlik sənəti ilə məşğul olan sənətkarların fikirləri də yer alıb.