Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:03 | 29 oktyabr 2017 | Bazar
Məqaləyə 1938 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ Dövlət Departamenti Konqresin yeni sanksiya qanununun tələbinə uyğun olaraq Rusiya müdafiə sənayesinə aid 33 şirkətin siyahısını hazırlayıb. Rusiya hərbi-sənaye kompleksinin demək olar ki, bütün iri şirkətləri siyahıya salınıb.
ABŞ özü həmin şirkətlərin böyük əksəriyyətinə daha əvvəl sanksiya tətbiq edib. İndi təzə söhbət ondan ibarətdir ki, bu şirkətlərlə iri sövdələşmələrə gedən başqa ölkələr və qurumlar da ABŞ-ın sanksiyasına məruz qalacaq. Burada bir az qeyri-müəyyənlik var, çünki Rusiya ilə konkret neçə milyon dollarlıq razılaşmanın sanksiya altına düşəcəyi məlum deyil, qanunda yalnız «iri tranzaksiyalar» yazılıb. Seçim etmək və qərar vermək Dövlət Departamentinin öhdəsinə buraxılıb, lakin Konqres bu prosesə ciddi nəzarət edəcək ki, hökumət qanunun yanından keçməyə çalışmasın.
Buradan belə nəticə hasil olur ki, Azərbaycan və Ermənistan da ABŞ-ın sanksiyasına məruz qala bilər, çünki hər iki ölkə Rusiyadan külli miqdarda silah alır. Eləcə də, Türkiyənin Rusiya ilə «S-400» anlaşması da, reallaşacağı təqdirdə, sanksiya altına düşə bilər. Bir daha qeyd edim ki, bu məsələdə qeyri-müəyyənlik var və hansı məbləğdə anlaşmaların sanksiyaya məruz qalacağı bəlli deyil.
Ümumilikdə bu qanunu hazırlayan senatorların məqsədi Rusiya hərbi sənayesinə zərbə vurmaq və onu inkişafdan saxlamaqdır.
Rusiya iqtisadiyyatının başqa sahələri ilə bağlı da analoji siyahılar hazırlanacaq. Proses hələ indi başlayır...