İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:55 | 3 yanvar 2018 | Çərşənbə
Məqaləyə 2827 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranın dini lideri axund Əli Xameneyi yanvarın 2-də bir qrup «şəhid ailələri» ilə görüşərək, ona və onun başçılıq etdiyi hakim rejimə qarşı ölkədə keçirilən kütləvi etirazlara münasibət bildirib.
Xameneyinin etirazların 6-cı günündə üzə çıxaraq bir həftəlik susğunluğuna son qoyması diqqətləri özünə çəkib.
Öz çıxışında, xalqın hakimiyyətə qarşı üsyanının səbəblərinə və onun təfərrüatına toxunmayan Xameneyi, İran şəhərlərində ona və islam respublikasına qarşı keçirilən etirazları xarici düşmənlə əlaqələndirib: «Düşmən həmişə fürsət dalınca gəzərək ölkəyə nüfuz etməyə və millətə zərbə vurmağa çalışıb. Lakin millətdə olan iman, fədakarlıq və şücaət, düşmənin öz niyyətini həyata keçirməsinə mane olub.
Son günlər, İran düşmənləri bir-biri ilə birləşərək, əllərində olan imkanlarla, o cümlədən də pul, silah, siyasət və təhlükəsizlik orqanları vasitəsilə bizim islami sistemimizə problem yaratmağa cəhd göstərdilər. Mənim ölkədə baş verən olaylarla bağlı deyiləsi sözlərim var və vaxtı gələndə onları əziz millətimizlə bir araya qoyacağam».
Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar, «Bahalığa yox» adı altında «Teleqram» sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb. Son günlər isə etirazçıların səsləndirdiyi şüarlar daha sərtləşərək bütün molla hakimiyyətinin əleyhinə yönəlib.
İranın 40-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, yoxsulluğa, repressiyalara, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda, axund Əli Xameneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilir. Etirazlar davam etdir.