Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
09:55 | 30 aprel 2018 | Bazar ertəsi
Məqaləyə 2157 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Azərbaycan, Rusiya, İran və Hindistan aprelin 29-da idman avtoyürüşü çərçivəsində Şimal-Cənub nəqliyyat dəhlizinin sınaqdan keçirilməsinə başlayıblar.
Vaxt.az “Trend”ə istinadən xəbər verir ki, İranın Yol və Şəhər Quruculuğu Nazirliyi bildirir ki, tədbir Hindistanın Yük Ekspeditorları Federasiyası və “Kalinga Motor” idman klubu tərəfindən birgə təşkil olunub. Yürüşün təşkilində İranın Xarici İşlər və Yol Təsərrüfatı nazirlikləri, Avtomobil və Motosiklet Federasiyası və Gömrük İdarəsi iştirak ediblər.
30 günlük ralli Şiraz, İsfahan, Tehran, Qəzvin, Rəşt, İran ərazisindəki Astara limanı, Moskva, Sankt-Peterburq marşrutu ilə davam edəcək və eyni marşrut ilə geri Çabahara qayıdacaq. Yürüşə 20 yük maşını, ümumilikdə 39 iştirakçı qatılıb. Rusiya, İran və Azərbaycandan hərəsindən bir yük maşını və Hindistandan 17 yük avtomobili iştirak edir.
Bununla da söhbət faktiki olaraq Şimal-Cənub nəqliyyat dəhlizinin ilk irimiqyaslı qət olunmasından gedir. Bu isə nəqliyyat dəhlizinin genişmiqyaslı real istismarı deməkdir.
Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirməyə, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirməyə yönəlib. Birinci mərhələdə dəhliz vasitəsilə ildə 5 milyon, daha sonra isə 10 milyon tondan çox yük daşınması nəzərdə tutulur.