
“Təmiz vərəqdən başlayaq”
Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
ABŞ ortağın qovulub yerinə sanksiyaya məruz qalan Çin şirkətinin gətirilməsi son damla oldu
Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gürcüstan-Rusiya yaxınlaşması Qərbi narahat edir
Gənc müxalifət qüvvələrinə əlavə maliyyə dəstəyi verilir
Kobaxidze: “İstər “demokratlar” olsun, istərsə də “respublikaçılar ...”
Gürcüstanda müxalifət “Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib
GMİ şeyxi nələri etiraf etdi?
İranın Qafqazdakı casus şəbəkəsi boğulur
Gürcüstandakı seçkilərdə Bidzina İvanişvili qalib gəldi.
Müxalifətə yaxın “Rustavi – 2” telekanalının sifarişi ilə ABŞ-ın “Edison Research” şirkətinin keçirdiyi “exit-poll”un nəticələrinə əsasən Salome Zurabişvili prezident seçilib. (İqtidara yaxın “İmedi”nin sifarişi ilə “Gallup İnternational”ın “exit-poll”u da eyni nəticəni göstərib.)
Əgər müxalifətin sifarişi ilə keçirilən sorğu iqtidar namizədinin qalib gəldiyini göstərirsə, deməli, kütləvi saxtakarlıqdan danışmaq doğru deyil. Əlbəttə, qanun pozuntuları, ən müxtəlif əyintilər kifayət qədər olub. Bunlar zatən 1-ci turda da var idi. Amma İvanişvili ilk turdakı uğursuzluqdan sonra çox ciddi işlədi, özünün bütün maddi və siyasi resurslarını, eyni zamanda inzibati resursları işə saldı və öz namizədinin lazımi miqdarda səs yığmasını təmin etdi. Gürcüstan kimi demokratiyanın oturuşmadığı, bu istiqamətdə hələ kövrək addımlar atmaqda olan bir ölkədə Avropa demokratiyaları səviyyəsində seçki gözləmək yanlışdır. Hakimiyyətdəki qüvvənin (kim olursa olsun) böyük üstünlüyü var, pul və güc mühüm amildir. İkinci tur ərəfəsində problemli kreditlərin silinməsi, maaş, müavinət artımı kimi populist addımlar öz rolunu oynadı.
Ən mühüm faktor isə məncə, Saakaşvili dönəmindən narazı olan, onun qayıtmasını istəməyən təbəqələrin hərəkətə gətirilməsi oldu. Belələrinin sayı Gürcüstanda kifayət qədər çoxdur. İqtidarın seçkini şüurlu şəkildə “Saakaşvili gəlsin, gəlməsin?” referendumuna çevirməsinin müxalifətin əleyhinə işləyəcəyini yazmışdım.
P. S. “Rusiya qalib gəldi” şəklində reaksiyalar görürəm, əlaqəsi yoxdur. “Gürcü Arzusu” 2012-ci ildən hakimiyyətdədir və ötən müddətdə avroatlantik inteqrasiya yönündə ciddi məsafə qət edilib. Qərb də maraqlıdır ki, radikal və impulsiv Saakaşvilinin iqtidara qayıtmasındansa, indikilər bir müddət də qalsın.