İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
15:01 | 11 iyun 2022 | Şənbə
Məqaləyə 1026 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Almaniya Təhlükəsizlik Xidmətinin Konstitusiyanın Müdafiəsi üzrə Federal Bürosu ötən həftə açıqladığı hesabatda İranın Almaniyada nüvə və raket proqramlarında istifadə olunan qadağan olunmuş texnologiya və material əldə etmək səylərinin əhəmiyyətli dərəcədə artdığına dair danılmaz dəlillərə malik olduğunu bildirib.
Hesabatda mümkün pozuntular barədə şübhələrin Almaniya rəsmiləri ilə müzakirə edildiyi qeyd olunub.
Almaniya Konstitusiyasının Mühafizəsi üzrə Federal Bürosunun 2021-ci ildə ölkənin təhlükəsizlik təhdidləri ilə bağlı hesabatı bir neçə gün öncə iyunun 7-də yayılıb və bunu İsrailin “Jerusalem Post” qəzeti iyunun 10-da dərc edib.
Qəzet xatırladıb ki, Almaniyanın 368 səhifəlik təhlükəsizlik hesabatında İranın adı 59 dəfə çəkilib.
Məlumata görə, Almaniyadakı “xarici güclərin fəaliyyəti” sırasına kütləvi qırğın silahlarının və onların ötürülməsi texnologiyalarının hazırlanması, istehsalı üçün bilik və avadanlıqların verilməsi daxildir.
Məlumatda həmçinin bildirilir ki, Almaniya Gömrük Müfəttişliyi Şimali Reyn-Vestfaliyada Alman əsilli Almaniya vətəndaşına qarşı xarici ticarət qanunlarının mümkün pozulması ittihamı ilə üç işi araşdırır.
İran əsilli iş adamı İrana nüvə və raket istehsalında da istifadə olun laboratoriya avadanlıqları və spektrometrlər tədarük etmək cəhdində şübhəli bilinir.
Federal İdarə öz hesabatında İran hökumətinin Yaxın Şərqdə ən böyük raket inkişafı proqramlarından birini həyata keçirdiyini, bu səylərin keçmiş prezident Həsən Ruhaninin hökuməti dövründə genişləndiyini yazır.
Bu hesabata görə, Almaniyada İrana bağlı ünsürlərin İranın raket qabiliyyəti proqramının inkişaf etdirilməsinə uyğun hərəkətləri yüksələn xətt üzrə artmaqdadır.
Buna baxmayaraq, Almaniya İranla nüvə sazişində qalan 5 ölkədən biridir və o, Vyanada danışıqların bərpasından sonra son 14 ay ərzində Amerikanı sazişə qayıtmağa, İranı əvvəlki öhdəliklərinə əməl etməyə təşviq etməyə çalışır.
Eyni halda Almaniya başqa məsələlərlə yanaşı, İrana qarşı sanksiyaları azaltmağı təklif edən ölkələrdən biridir.