Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
17:19 | 14 mart 2014 | Cümə
Məqaləyə 1655 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Ölkədə yanacaq qıtlığı dərinləşir
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Martın 13-də Avropa Parlamenti plenar sessiyada Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə dair qətnamə qəbul edib.
Qətnamədə avroparlamentarilər hərbi müdaxiləni beynəlxalq hüququn pozulması və işğal kimi qiymətləndirərək Rusiyadan ordusunu Ukrayna ərazisindən çıxarmağı tələb ediblər. Bundan əlavə, deputatlar qətnamə vasitəsilə Krımın statusu ilə bağlı keçiriləcək referendumun Ukrayna konstitusiyasına zidd və qeyri-legitim olduğunu bildiriblər.
Avroparlamentarilər Rusiyanın hərbi hissələrinin Ukrayna ərazisində yerləşməsini qeyri-qanuni, BMT nizamnaməsi, ATƏT-in Helsinki aktı və 1994-cü ilin Budapeşt Memorandumu kimi beynəlxalq müqavilələrin şərtlərini pozduğunu deyiblər və bunun Aİ təhlükəsizliyi üçün təhdid kimi qiymətləndiriblər.
Qətnamədə həmçinin Krımın Rusiyaya qoşulması istiqamətində martın 16-da keçiriləcək referendumun qeyri-legitim və qanunsuz olduğu deyilir. «Ukrayna konstitusiyasına uyğun olaraq, Krım Muxtar Respublikası yalnız daxili məsələlərlə bağlı referendumlar keçirə bilər, Ukraynanın ərazi bütövlüyünə toxunan məsələlərlə bağlı deyil», - qətnamədə deyilir.
Bundan başqa, avroparlamentarilər Krımda rusdilli əhalinin «heç bir diskriminasiyaya məruz qalmadığına görə», Rusiyanın onları qorumaq iddialarının tamamilə əsassız olduğunu bəyan ediblər və «rus propaqandasının Yanukoviçə qarşı etiraz edənləri «faşist» kimi qələmə verməsini» hiddətlə qınayıblar.
Buna baxmayaraq, qətnamə Ukrayna hökumətini rusdillilər də daxil olmaqla, ölkədəki azlıqların hüquqlarını qorumağa və bütün milli azlıqların hüquqlarını nəzərə alan yeni dil siyasəti irəli sürməyə çağırır. Bu baxımdan, Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovun Ukraynada qeyri-rəsmi dillərin istifadəsini məhdudlaşdıran qanun layihəsinə veto qoyması müsbət qarşılanıb.
Parlament Aİ üzv ölkələrini Rusiya ilə danışıqlara səsləyərək, Ukraynanın vahid və azad şəkildə öz gələcəyinə dair qərar vermək hüququnu müdafiə etməyə çağırıb, Avropa İttifaqı Nazirlər Şurasının martın 6-da Rusiya ilə danışıqları dondurmaq, bir sıra sahələrdə, xüsusən enerji sahəsində Rusiya ilə əlaqələri azaltmaq və Ukraynaya maddi yardım göndərmək qərarlarını alqışlayıb.