İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:15 | 19 iyul 2022 | Çərşənbə axşamı
Məqaləyə 953 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Tehran avtobusunda hicaba etiraz edən qadın həbs olunub. Həmin insidentin videosu internetdə sürətlə yayılmışdı. 28 yaşlı yazıçı və rəssam Sepideh Raşnu avtobus sürərkən bir qadın ona xəbərdarlıq edib ki, hicabsız videosunu İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) göndərəcək.
Mübahisə qızışanda digər sərnişinlər hicablı qadını avtobusdan düşürürlər.
***
Vətəndaş fəalı, keçmiş siyasi məhbus Araş Sadiqi iyulun 18-də tvitində Raşnunun iki gün öncə həbs olunduğunu təsdiqləyib.
SEPAH-ya bağlı “Fars” xəbər agentliyi də məcburi hicaba qarşı çıxan qadının həbs olunduğunu yazıb.
İran hakimiyyəti hicab qaydalarını pozan qadınlara təzyiqi artırır. İranda ictimaiyyət arasında hicab məcburidir.
Əxlaq polisi getdikcə fəallaşır, zorakı olur. Sosial mediada yayılan videolarda əməkdaşlar qadınları saxlayır, onları mikroavtobuslara dolduraraq uzaqlaşdırır.
***
İyulun 5-də Prezident İbrahim Rəisinin imzaladığı hicab fərmanından sonra qadınların geyiminə məhdudiyyətlərin yeni siyahısı açıqlanıb. Bu fərmandan sonra qaydalara əməl etmədiyi deyilən qadınlar hökumət idarələrinə, banklara, ictimai nəqliyyata buraxılmır.
Fəallar isə buna cavab olaraq sosial mediada #no2hijab (hicaba yox) həştəqi ilə kampaniya başladıb, daha sərt qadağalar tətbiq edən şirkətlərə qarşı boykota çağırırlar. İyulun 12-də qadın hüquqları fəalları yaydıqları videolarda Milli Hicab və Bakirəlik günündə hicablarını açdıqlarını nümayiş etdiriblər.
1979-cu il İslam İnqilabından sonra İranda yaşı 9-dan yuxarı qadınlar və qızlar üçün hicab məcburi olub.
Ancaq illərdir iranlı qadınlar bu qaydanı gözardı edir, rəsmilərin qoyduğu sərhədləri pozurlar.