Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
10:44 | 6 dekabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1108 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
6 milyard dollarlıq xərc nəyə xidmət etdi?
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Çin lideri Si Tsinpinin Səudiyyə Ərəbistanına bu gün (dekabrın 6-da) başlayacaq tarixi səfəri qlobal enerji bazarında hökm sürən qeyri-müəyyənlik, Avropanın Ukrayna müharibəsi səbəbindən Rusiya neftinə tavan qiymət tətbiq etməyə hazırlaşması və artan neft qiymətləri, ABŞ-ın Yaxın Şərq və digər regionlarda artan Çin təsirinin qarşısını almaq üçün yol axtardığı dövrə təsadüf edir.
Ər-Riyaddakı hazırlıqları “Reuters”ə dəyərləndirən xarici diplomatlar bildiriblər ki, Tsinpinin qəbulu ABŞ prezidenti Co Baydenin iyul ayındakı yumşaq səfərindən çox, sələfi Donald Trampın 2017-ci ildəki təmtəraqlı səfərinə bənzəyəcək.
Tsinpinin səfəri zamanı Çin və Səudiyyə Ərəbistanı ilə iqtisadiyyatını neft asılılığından xilas etmək istəyən bəzi digər ərəb ölkələri arasında avtomobildən logistika və müdafiə sənayesinə qədər müxtəlif sahələrdə onlarla sazişin imzalanması gözlənilir.
Çinli tikinti şirkətləri Səudiyyə Ərəbistanının 500 milyard dollarlıq nəhəng NEOM turizm və infrastruktur sərmayəsi ilə bağlı çoxsaylı tenderlər alıb.
Birləşmiş Ştatlar bölgədəki müttəfiqlərinə Çinin 5G kommunikasiya texnologiyaları və limanlar kimi strateji sahələrə sərmayə qoymasına icazə verməmələri barədə xəbərdarlıq etdi. Birləşmiş Ərəb Əmirlikləri xəbərdarlıqdan sonra liman layihəsini ləğv etdi.
Ər-Riyada son səfəri zamanı ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərindəki soyuqluğa toxunan Bayden deyib: “Biz uzaqlaşmayacağıq və Çinin, Rusiyanın və ya İranın doldura biləcəyi bir boşluq buraxmayacağıq. ABŞ heç yerə getmir”.
İsraildəki “Abba Eban” Diplomatiya və Xarici Əlaqələr İnstitutunun eksperti Gedaliah Afterman bugünlərdə “The Financial Times”a bildirib ki, “Hamı ABŞ-ın köhnəldiyini düşünür. Çin hər dəfə səudiyyəliləri öz tərəfinə 10 metr yaxınlaşdıranda nəinki qazanır, əksinə ikiqat artır, çünki onu həm də ABŞ-dan da uzaqlaşdırır”.
Digər tərəfdən, “Janes IntelTrak consalting” firmasının baş meneceri Nissa Felton “The Financial Times”a “Səudiyyə Ərəbistanı və Körfəz ölkələri arasında ABŞ-la olan dərin köklü, indiyədək inkişaf etmiş əlaqələri Çinlə olan yaxınlaşmayla müqayisə edilə bilməz”. Feltonun sözlərinə görə, Yaxın Şərq ölkələrinin prioriteti xarici siyasət variantlarını şaxələndirməkdir.
Honq-Konq Universitetinin müəllimi Uilly Lam da Çin liderinin COVİD-19 məhdudiyyətləri və iqtisadi problemlər səbəbindən ölkə daxilində artan narazılıqdan yayındırmaq üçün səfərdən istifadə edə biləcəyini söyləyib.
***
“Janes IntelTrak consalting” şirkətinin məlumatlarına görə, Səudiyyə Ərəbistanında son 20 ildə artan Çin investisiyalarının həcmi 106,5 milyard dollara çatıb, onu 97,6 milyard dollarla Küveyt və 46 milyard dollarla Birləşmiş Ərəb Əmirlikləri izləyir.
Yaxın Şərq ölkələri və Rusiya dünyanın ən böyük neft idxalçısı olan Çində bazar payı uğrunda rəqabət aparır.