
“Tramp “COVİD”dən betərdir”
Avropa Mərkəzi Bankından xəbərdarlıq
Avropa Mərkəzi Bankından xəbərdarlıq
BRICS qrupu Qərb sistemin hiss olunan səhvlərini düzəltməyə çalışır
Sosial bərbarəsizlik və işsizlik artacaq
Gələn ildən başlayaraq inflyasiya riskləri tədricən azalacaq
2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi ...
BVF-nin proqnozları nə deyir?
BVF proqnozlarına görə bu il daha ağır olacaq
BVF proqnozlarına görə, 18 dövlətin milli gəlirindən çox borcu olacaq
Kriptovalyuta 1000 dollar dəyər qazanıb
Batacaqmı, yoxsa sahilə çıxacaqmı?
Dünyanın maliyyə rəsmiləri Vaşinqtonda
Maliyyə naziri BVF və DB-nin toplantılarına qatılacaq
Qaçqınları soyundurub, döyüb, elektroşok veriblər...
Dünya Bankının İranla bağlı hesabatı
Trampın mövqeyi NATO-nun gələcəyini sual altına salıb
«Sisi hökumətinin təzyiq altına düşəcəyi qaçılmazdır»
Qlobal bərabərsizlik iqtisadi və sosial həyatı təhlükədə qoyur. «Oxfam»ın yanvar hesabatına görə, 85 nəfərin var - dövləti dünya əhalisinin yarısını təşkil edən yoxsul təbəqənin ümumi var-dövlətinə bərabərdir. «Forbes» jurnalı «milyarderlər siyahısını» yeniləyərək, bərabərsizliyin bir az da artdığını bildirib. Belə ki, indi 67 nəfər dünya var-dövlətinin yarısına sahibdir.
«Oxfam» Amerikanın rəhbəri Rey Offenhayzer (Rey Offenheiser): «Bankın prezidenti Cim Kim (Jim Kim) və Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard kosmik sürətlə artan bərabərsizliyin təhlükələri haqqında bildiriş veriblər. Bu həftə biz onların fikirlərini dəstəkləmək üçün real təşəbbüsləri gözdən keçirəcəyik», - deyə məsələyə münasibət bildirib.
«Tarazlığı qorumaq üçün beynəlxalq maliyyə təşkilatları ölkələrə verdikləri tövsiyələrdə səhiyyə, təhsil və proqressiv maliyyə siyasətinə doğru dəyişiklik etməlidirlər», - Offenhayzer deyib.
Rey Offenhayzerin fikrincə, «BVF qəbul etməlidir ki, bərabərsizliyin əsas səbəbi korporativ gəlir vergisindən yayınmaqdır - şirkətlər öz paylarına düşən vergini ödəməlidirlər.»
Qeyd edək ki, inkişaf etməkdə olan ölkələrdə hər il korporativ vergilərdən yayınma gözlənən 100 milyarddan 160 milyard dollara qalxır.
«BVF və Dünya Bankına məlumdur ki, ciddi iqtisadi tədbirlər bərabərsizliyi artırır. Onlar 1980-90-cı illərdə inkişaf etməkdə olan ölkələrə səhiyyə və təhsil sahəsinə ayrılan vəsaitin kəskin azaldılmasını məsləhət görmüşdülər. Bu ölkələrin bəziləri 20 ilə özünə gələ bildi. Varlılar və yoxsullar arasında fərqlər daha da artdı, ümumi inkişaf olsa da, yoxsul ölkələr getdikcə daha da yoxsullaşdılar», - o əlavə edib.
«Oxfam» BVF və Dünya Bankının yazda Vaşinqtonda keçiriləcək görüşündə aşağıdakı təklifləri verəcək: