
“Terrorçu bunkeri”ində məhkəmə
Üç alman Çinə casusluqda ittiham olunur
Üç alman Çinə casusluqda ittiham olunur
SEPAH-ın ballistik raket proqramını dəstəkləyənlər qara siyahıda
Çin və ABŞ qarşılıqlı tariflərin azaldılması ilə bağlı razılığa gəliblər
Tayvan Çinə qarşı həyata keçirəcək taktika üçün ABŞ-dan dəstək gözlənilir
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
Çinli iş adamları üçüncü ölkədən istifadə etməklə tariflərdən necə yayınır?
10 ölkədən birgə bəyanat
... Yaxud Vaşinqton, Moskva və Pekinin “pokeri”
Pekin Tayvan liderinin dəfn mərasimində iştirakına mane oldu
İdarənin hazırladığı iki videoda ən xırda detallar incə işlənilib
Vaşinqton hərbi bazalarını genişləndirir, Pekin siyasətçilərə yaxınlaşır
Tramp administrasiyası tariflərə təzyiq edir...
17 yaralı var
Qalmaqallı sızıntı üzə çıxdı – Çinə 500-dən çox həssas sənəd göndərilib
ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti yeni hesabatında Çinin Tayvanı blokadaya almağa və onu təslim etməyə həmişəkindən daha hazır olduğunu bildirib.
Belə bir blokadanın müharibə üçün əsas sayılacağı və qlobal böhrana səbəb olacağı iddia edilirdi, lakin ABŞ Prezidenti Donald Trampın Pekini çəkindirmək üçün addımlar atıb-atmayacağı bilinmir. Bildirilib ki, Çin lideri Si Cinpinin orduya 2027-ci ilə qədər sürətlə modernləşdirilməsi əmrinin nəticələri son təlimlərdə görünüb.
Xəbərlərdə ekspertlərin mümkün blokada ssenariləri də yer alıb.
Hücum: Pekin hava hücumları ilə Tayvanın infrastrukturunu, hərbi obyektlərini, limanlarını, hava limanlarını və enerji terminallarını hədəf alır. Qırıcı təyyarələr, helikopterlər və dronlar hava məkanını zəbt edir.
Blokada: Döyüş gəmiləri özlərini gəmi əleyhinə raketlərdən qorumaq üçün adanı kifayət qədər uzaqdan əhatə edir. Tayvanın cənub-şərqində bir təyyarədaşıyan J-15 təyyarələrinin havaya qalxmasına imkan verəcək və həmçinin ABŞ və digər ölkələrə qarşı çəkindirici rol oynayacaq.
Boşluqların doldurulması: Çinin güclü sahil mühafizəsi adaya yaxınlaşır. Mülki qayıqlarla birlikdə çatışmayan yerləri doldururlar.
Adanın dünya ilə əlaqəsini kəsmək: Çinin sualtı qayıqları ticarət gəmilərini uzaqlaşdırmaq üçün Tayvanın əsas limanlarının yaxınlığında minalar qoyur. Xarici dünyaya çıxışı əngəlləmək üçün yük və kruiz gəmilərindən istifadə edilir.
Kiber təcrid: Yük gəmiləri lövbərlərini dəniz dibi boyunca sürükləyərək, Tayvanı internetə bağlayan fiber optik kabelləri kəsirlər. Hərbi komandanlıq və maliyyə sistemləri də kiberhücumlarla hədəfə alınır.
Tayvan Müdafiə Nazirliyi martın 18-də “X” hesabından verdiyi açıqlamada səhər saatlarından bəri Tayvan adası ətrafında 59 hərbi təyyarənin göründüyünü açıqlayıb.
Açıqlamada bu qırıcıların 43-nün Tayvan boğazında tərəflərin təsir dairələrini ayıran orta xətti keçərək Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADİZ)” elan etdiyi ərazinin şimal, mərkəzi, şərq və cənub-qərb hissələrində uçuşlar həyata keçirdiyi bildirilib.
Adanın ətrafında Çin donanmasına aid 9 döyüş gəmisi və 2 yüksək hündürlük şarının da təsbit edildiyi, Tayvan ordusunun vəziyyəti izlədiyi və reaksiya verdiyi bildirilib.
Bu uçuşlar və gəmi patrullarının Çinin Tayvan ətrafındakı hava və dəniz təlimlərinin bir hissəsi olduğu təxmin edilir.
Çinin Nazirlər Kabineti kimi fəaliyyət göstərən Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Çin Binhua bildirib ki, təlimlər “Tayvanın lideri Lai Çinq-te tərəfindən yayılan Tayvanın müstəqilliyi ilə bağlı cəfəngiyata cavabdır”.
Martın 13-dəki çıxışında Lai Çinin Tayvan üzərində təsirini və sızma kampaniyalarını gücləndirdiyi barədə xəbərdarlıq edərək, Pekinin “adanı işğal etmək səylərinə” qarşı çıxacaqlarını vurğulayıb.
Tayvan lideri çıxışında Çini “xarici düşmən güc” adlandırıb.
Pekin özünün “vahid Çin” siyasəti çərçivəsində Tayvanı öz ərazisi hesab edir. Son illərdə hərbi təzyiqlərini artıran Çin, adanı materiklə birləşdirmək üçün lazım gələrsə, güc tətbiq edə biləcəyini vurğulayır.
Tayvan boğazına da öz ərazi suları kimi baxan Çin digər ölkələrin bölgədə hərbi mövcudluğuna qarşıdır. Xarici donanmaların bölgədəki naviqasiya və kəşfiyyat fəaliyyətləri ölkələr arasında gərginliyə səbəb olur.
Taypey hökuməti Çin təhlükəsinə qarşı ABŞ-ın hərbi və siyasi dəstəyinə arxalanır. 1979-cu ildə ABŞ-da qüvvəyə minmiş Tayvan Münasibətləri Aktına əsasən, Vaşinqton Tayvanı mümkün Çin hücumundan müdafiə etmək üçün Tayvanı hərbi texnika ilə təmin etməyə borcludur.
Bununla belə, Tramp Tayvanın onlara pul verməli olduğunu iddia edərək, Taypey administrasiyasında suallar doğurub.
ABŞ prezidenti “Apple”, “Intel” və “Nvidia” kimi nəhənglərlə işləyən dünyanın ən böyük yarımkeçirici çip istehsalçısı olan Tayvan Semiconductor Manufacturing Company (TSMC) çip biznesini onlardan oğurladığını iddia etmişdi.
Buna cavab olaraq, TSMC əvvəlki həftələrdə ABŞ-a 100 milyard dollar sərmayə qoymağa qərar verdi.