Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:07 | 20 aprel 2025 | Bazar
Məqaləyə 216 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Tramp başlatdığı rüsum müharibəsinə əsas səbəb kimi xarici ticarətdə ölkəsinin zərərinə olan tarassızlığı göstərir. ABŞ ixrac etdiyindən daha çox idxal edir. Trampın komandası hesab edir ki, daxili istehsalı stimullaşdırmaq üçün rüsumların artırılması zərurətdir. Yüksək tariflər xarici və milli biznesi istehsalını ABŞ-yə köçürməyə həvəsləndirəcək. Neftin ucuzlaşdırılmasının hədəflərindən biri də ABŞ-də yerli istehsala dəstək məqsədi daşıyır. Rusiya faktoru ikinci dərəcəli məsələdir. Məntiqlə yerli istehsalı artırmaq qarşıya hədəf kimi qoyulubsa, növbəti mərhələdə ixracın stimullaşdırılması hədəf kimi qarşıya qoyulacaq. İxracı stimullaşdıracaq ilk addım isə milli valyutanın məzənnəsini aşağı salmaq olacaq. Demək ki, Tramp qarşıdakı dövrdə dolları ucuzlaşdırmaqda maraqlı olacaq. Rüsum müharibəsi məzənnə müharibəsiylə davam etdiriləcək. Onun FED sədrini qaralamasının səbəblərindən biri də bu ola bilər.
Məzənnə müharibəsinin əlamətlərindən biri də Çinin öz valyutasını ucuzlaşdırmağa hazırlaşmasıdır. İndilik ölkədən kapital axınına rəvac verməmək üçün yuanı ucuzlaşdırmaq üçün radikal addımlara getmirlər. Amma bu vəziyyət sonsuza qədər davam etməyəcək. Ucuz yuanla Çin ixracı stimullaşdırmağı düşünməyə məcbur qalacaq. Ucuz yuan həm də yüksək tariflərin təsirini bir az azaltmağa kömək edəcək.
Azərbaycan ucuz neft kimi ucuz dollar dövrünə də hazırlaşmalıdır. Dollarda saxlanılan valyuta ehtiyatlarının azaldılması nəzərdən keçirilməlidir. Ümumiyyətlə, ABŞ-nin proqnozlaşdırılmayan addımları dünyada ona olan inamı sarsıtmaqdadır. Bu etimad itkisinin təzahürlərindən biri də dünya boyunca insanların və ölkələrin dollardan imtinası ola bilər.