
Nüvə partlayışı necə yaranır?
Uranın zənginləşdirilməsi prosesinin elmi izahı
Uranın zənginləşdirilməsi prosesinin elmi izahı
İçməli suda uran tapılıb
Çin strateji metal ehtiyatlarını artırmağı planlaşdırır
Litiumdan 99,99 faizi istifadə etməyin yolları tapılıb
NASA teleskopunun göstərdiyi tapıntılar alimləri də təəccübləndirib
Zəifləşdirilmiş uranla şüalanmanın doğurduğu fəsadlar
«Əgər İran kütləvi qırğın silahı yaratmağa qərar versə, ...»
«Biz hər şeydən agah olmalıyıq»
«Biz hər şeydən agah olmalıyıq»
«Biz hər şeydən agah olmalıyıq»
1942-ci ildə Amerika fiziki Robert Oppenheymer (milliyətcə yəhudidir) Kaliforniya Univeritetndəki kabinetində fizik-alimlərlə bir sıra görüşlər keçirir. Onlar atom bombasının hazırlanmasını müzakirə edirlər. Dinləmələrin əsas mövzusu Uranının nüvəsinin parçalanmasından yaranan nüvə enerjisi olur. Toplantıların birində Edvard Teller (milliyətcə yəhudidir) ilk dəfə olaraq Hidrogen bombasının yaradılması ideyasını verir. O qeyd edir ki, nüvə partlayışından yaranan temperatur Günəşin mərkəzindəki (15.000000 dərəcə Selsi) temperatura bərabər ola bilər. Məhz bu nəhəng enerji Günəşin istilik yaratmasına səbəb olur. Bunun təsiri ilə Hidrogenin nüvəsi birləşir və Helium əmələ gətirir. Bu proses “termonüvə reaksiyası” adlanır.
Teller bu bomba üzərində işləyəndə başa düşdü ki, əgər atom bombası öz istiliyi hesabına sintez reaksiyasını işə sala bilirsə onda ətraf aləmdə də analoji reaksiya yarada bilər. Bu suda hidrogenin alışmasına gətirib çıxaran “özünü dəstəkləyən” reaksiyaya çevrilə bilər və okeanlar alovlanar. Reaksiya həmçinin bizim atmosferin azotunu da alışdıra bilər. Başqa sözlə atmosfer alova bürünər. Nəticədə bütün canlı varlıqlar külə dönər. Böyük fizik Artur Kompton “Memuar”ında yazır: “Əgər atom bombasının partlaması atmosferdə azotu, okeanda hidrogeni alışdıracaqsa, Bu, miqyası olmayan fəlakətə səbəb olacaq. Nasistlərin bizə verdiyi əzablara baş əymək bundan daha yaxşıdır”.
Oppeheymerin kabinetindəki söhbətlər əsasında termonüvə partlayışının hansı növ istiliyin yaratması barədə düşündülər. Onlar Litium -6 izotopunun bazasında yarana biləcək temperaturu seçdilər. Lakin təbiətdə olan Litium elementi özündə az izotop ehtiva etdiyindən, partlayışın yaranması üçün Litium -7 daha böyük enerji imkanınına malik idi. Lakin bunu hazırlamaq çox böyük vəsait tələb olunurdu. Vəsait tapıldı və bomba düzəldildi.
1954-cü ABŞ kod adı “Kasl Bravo” olan məhz bu bombanı sınaqdan keçirdi. Bombanın partlamasından sonra gözləntidən daha böyük enerji yarandı. 6 meqatonn əvəzinə 15 meqatonn enerji. Bu isə Naqasakiya atılan atom bombasından 1000 dəfə çox idi, başqa sözlə dünya tarixində analoqu olmayan radioaktiv fəlakətə yol açdı. Sən də demə Berkli alimləri litium -7 məsələsində səhvə yol veriblərmşlər. Berklidə biri düz, digəri isə səhv olan iki mühüm termonüvə hesablamaları aparılmışdı. Buna baxmayaraq, səhv hesablama əsasında atmosferin alovlanmasına 50 faiz nail olunmuşdu.
Bu isə gələcək üçün böyük təhlükə yaradan bir faktdır.