
“Meta” Avropada siyasi reklamları dayandırdı
AB-nin yeni TTPA qaydalarına reaksiya, platforma reklamları sinxron dayandırır
AB-nin yeni TTPA qaydalarına reaksiya, platforma reklamları sinxron dayandırır
Birləşmiş PMI son 10 ayın ən yüksək həddində
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
İş yerində və məktəblərdə istirahətləri yaradılacaq
Əvvəlkilərdə pozuntu olmazsa, vətəndaşlara 1, 3 və 5 illik turist vizaları veriləcək
72 milyard avroluq tarifə siyahısı
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
“Müharibə maşınını ürəyindən vururuq”
Lutnik: “ABŞ-AB ticarət razılaşması mümkündür”
AB Rusiyaya qarşı yeni sanksiya paketi ilə bağlı razılığa gəldi
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Dövlət borcu 3,3 trilyon avronu keçdi, sosial yardımlar dondurulur
Avropa Birliyindən 2 trilyon avroluq büdcə təklifi
“Hüququn üstünlüyü olmasa, maliyyə dəstəyini unudun”
75 yaşdan yuxarılar sürücülükdən məhrum oluna bilər
AB ilə danışıqlar, enerji riski və yeni geosiyasi balanslar
Fransada İkinci Dünya Müharibəsindən bu yana ilk dəfə ölüm sayı doğum sayını keçib. 2024-cü ilin mayı ilə 2025-ci ilin mayı arasında 651 min 200 nəfər dünyasını dəyişib, doğulanların sayı isə 650 min 400-də qalıb. Mütəxəssislərə görə, bu hal ölkənin demoqrafik tarazlığında ciddi bir qırılma nöqtəsidir.
Demoqraf Jülyen Damon bu dəyişimin proqnozlaşdırılandan daha tez baş verdiyini vurğulayıb: “Bu qırılma INSEE-nin (Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu) proqnozlarında 2035-ci il üçün nəzərdə tutulmuşdu. Amma biz bu mənzərəyə artıq 10 il əvvəl çatmışıq. Bu, doğum səviyyəsinin nə qədər kəskin şəkildə azaldığını göstərir”.
2025-ci ilin martında yayımlanan INED (Milli Demoqrafik Araşdırmalar İnstitutu) hesabatında təbii əhali artımının sürətlə azalmaqda olduğu və 2027-ci ildə mənfiyə keçəcəyi ehtimal edilirdi. Lakin bu dəyişiklik gözləniləndən daha sürətlə baş verib.
Mütəxəssislər xəbərdarlıq edir: Sosial tarazlıqlar poza bilər
Doğum və ölüm balansı mənfi olsa da, Fransada əhali sayı artmaqda davam edir – bu da əsasən immiqrasiyanın hesabınadır. 2024-cü ildə ölkənin əhalisi 169 min nəfər artıb. INED-ə görə, bu artım 2040-cı ilə qədər 70 milyon nəfərə çatacaq və sonra 2070-ci ilə qədər 68 milyona düşəcək.
Ekspertlər bu demoqrafik dəyişikliyin sosial strukturlar üzərində ciddi nəticələr verə biləcəyinə diqqət çəkir. Damon-un fikrincə, bu, Avropanın bir çox ölkəsinin qarşı-qarşıya qaldığı böhranın indi Fransaya da sıçradığını göstərir.
Fransa üçün “demoqrafik şok” – Qocalan Avropa və susqun gələcək
Fransada 80 il sonra ilk dəfə ölümlərin doğumlardan çox olması təkcə statistik göstərici deyil – bu, bütün Avropa üçün gələcək nəsillərin say azlığı, rifah dövlətinin dağılması və geosiyasi çəkidə zəifləmənin anonsudur.
Səssiz qocalma: Fransa və Avropanın oxşar taleyi
Fransa bu statistikaya ilk dəfə çatır, amma Almaniya, İtaliya, Yaponiyanın bu mənzərəni illər əvvəl yaşadığı məlumdur. Əsas məsələ: doğulan az, ölən çox – cavanlar azaldıqca, yaşlılar çoxalır və bu yaşlı əhali sosial dövlətin ən böyük yükünə çevrilir. Yəni təqaüd sistemləri çökür, vergi bazası daralır, xidmət sektoru ağırlaşır.
“Əhalisiz güc” mümkün deyil: Demoqrafiya dövlətin enerjisidir
Fransanın hərbi və diplomatik gücü tarixi koloniyalarla və iqtisadi güclə birləşəndə mənalı olub. Amma indi bu gücün içi boşalır: daxili əhali enerjisi zəifləyən bir dövlətin xarici siyasətdə iddialı qalması çətinləşir. Afrika ilə tarixi əlaqələr də artıq demoqrafik təzyiqlə gəlir – fransızlar azalır, afrikalılar artır.
İmmiqrasiya – xilas yoxsa sosial böhran?
Fransa əhalisinin say artımını immiqrasiya ilə təmin edir. Lakin bu artım, inteqrasiyanı təmin etmədiyi halda, uzunmüddətli “sosial parçalanma” riski yaradır. Paris kənarındakı gettolarda yaşayan milyonlarla köçkün gənc artıq “fransız” deyil – nə kimlik baxımından, nə də sosial mənsubiyyət baxımından.
Buradan doğan sual budur: Fransa gələcəyini doğumla yox, miqrasiyayla formalaşdırırsa, bu artıq “başqa bir Fransa”nın yaranması demək deyilmi?
Gecikmiş böhran: Bu qırılma çoxdan gəlirdi
Fransa və Avropada ailə modelinin dağılması, karyera prioritetləri, həyat xərclərinin artması, mənzil böhranı – hamısı doğum səviyyəsinin enməsinə səbəb olub. Dövlətin ailəni təşviq edən real siyasətləri yox idi. İndi böhran reallaşır və Fransa “təhlükəli gələcəyin” astanasındadır.
Gələcəksiz dövlət modelinə doğru?
Bu göstərici təkcə statistik məsələ deyil. Bu, “gələcəksiz bir dövlət” modelinə doğru sürüşmədir. Əgər Fransa öz əhalisini artıra, ailəni qoruya bilmirsə, bu, dövlətin gələcəyinin zəifləməsi deməkdir.
Avropa gələcək 20 ildə ya çoxmillətli immiqrant əhalisi ilə barışacaq, ya da demoqrafik depresiyaya girəcək.