Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
13:16 | 28 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 365 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Ukraynanın ilk dəfə Azərbaycan qazını Transbalkan marşrutu ilə qəbul etməsi iki ölkə arasında enerji əməkdaşlığını yeni mərhələyə keçirib. Ukrayna üçün Azərbaycan qazını əldə etmək bir neçə səbəbdən vacibdir. Birincisi, bu, müharibə nəticəsində Rusiya qazından tamamilə imtina edən Ukrayna üçün Azərbaycan qazı hesabına enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayacaq. İkincisi, bu Kiyevlə Bakı arasında siyasi əlaqələrin daha da gücləndirilməsi deməkdir.
Ukraynanın dövlət enerji şirkəti olan “Naftogaz Group” SOCAR-ın Ukraynadakı törəmə qurumu “SOCAR Energy Ukraine” ilə Azərbaycan təbii qazının alınması barədə ilk müqaviləni imzalayıb. Bu razılaşma çərçivəsində sınaq partiyası qaz Bolqarıstan və Rumıniya üzərindən Ukraynaya çatdırılıb. Azərbaycan qazının Ukraynaya nəqli Kremli narahat edib. Çünki, Kreml Ukraynanı hərtərəfli məğlub etmək üçün bu ölkəni enerji resurslarına çıxışdan da məhrum etmək istəyirdi. Alınmadı. Ukrayna həm Avropa ölkələrindən, həm də Avropa üzərindən Azərbaycan qazını əldə etmək imkanı qazanıb. Vaxtilə Rusiya qazı üçün nəzərdə tutulan Transbalkan marşrutundan ilk dəfə Azərbaycan qazı ilə nəql edilməyə başlanılıb. Azərbaycan qazının Ukraynaya nəqli Qərb ölkələrinin də maraqlarına cavab verir. Azərbaycan Ukraynaya qaz nəql etməklə ABŞ və Avropa ölkələrinin Ukraynanın Rusiya qarşısında məğlub olmamaq siyasətində praktik addımıyla yer almış olub. Bu Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına, eyni zamanda ABŞ və Avropada “Qarabağ ermənilərinə dəstək” adıyla ölkəmiz əleyhinə müxtəlif sənədlər qəbul etməyə çalışan siyasi dairələrin təxribatçı fəaliyyətlərinin qarşısının alınmasına xidmət etməlidir.
Prezident İlham Əliyevin ukraynalı jurnalistin sualına cavab olaraq “işğalla barışmayın” söyləməsi ABŞ və Avropa ölkələrinin nəşrlərində geniş işıqlandırıldı. Bu Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın Rusiyanın siyasətindən narazılığının təcəssümü idi. İlham Əliyevin ardınca, Mərkəzi Asiya ölkələrinin liderlərinin də Rusiya ilə münasibətlərdə ölkələrinin milli və təhlükəsizlik maraqlarını ön plana çıxaracaqları ehtimal edilir.
Bu arada, rəsmi Kiyev Rusiya ilə müxtəlif formalarda əməkdaşlıq edən şirkətlərə qarşı tədbirlər görməyə başlayıb. Ukrayna Prezidentinin imzaladığı fərmana görə, Rusiya ilə yanaşı Çin, Birləşmiş Ərəb Əmirlikləri və İrana hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edilib. Ukrayna bu sanksiyaları Avropa İttifaqının 18-ci sanksiya paketi ilə uyğunlaşdırıb. Ukraynanın Sanksiyalar üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyukun sözlərinə görə, sanksiyalar Rusiya, Çin, BƏƏ, İran və digər ölkələrin kölgə donanması, ikili təyinatlı malların sanksiyalardan yayınaraq tədarükü və Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəsi olduğu şirkətləri əhatə edir. Kiyev nadir torpaq elementləri və nadir metalların hasilatı, emalı və tədarükü ilə bağlı şirkət və şəxslərə qarşı da sanksiyalar tətbiq edib.
Pekin Kiyevin qərarına etiraz edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Tsyankun Ukraynanın sanksiya qərarının yanlış olduğunu və Kiyevin bu siyasətini korrektə etməsi vacibliyini bildirib. Çinli diplomat BMT Təhlükəsizlik Şurasının təsdiqini tapmayan sanksiyaların doğru olmadığını vurğulayıb. Pekinin narahatlığı aydındır. ABŞ Prezidenti Donald Tramp Rusiyaya Ukrayna müharibəsini dayandırmaq üçün 50 gün vaxt verib və bunun təxminən iki həftəsi geridə qalmaq üzrədir. ABŞ Konqresi Rusiyadan neft alan ölkələrə qarşı sərt sanksiyalar tətbiqi haqqında qanun layihəsi hazırlayır. Rusiyadan ən çox neft alan ölkə Çindir. Kiyev Vaşinqtondan əvvəl Çin şirkətlərinə qarşı sanksiya tətbiqini elan etməklə Vaşinqtonun qərarından geri çəkilməməsinin işarəsini verib. Pekini də ən çox narahat edən budur.