İranda intiharlar gizlədilir
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
14:31 | 5 iyul 2014 | Şənbə
Məqaləyə 2273 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
SEPAH-la islahatçılar arasında qarşıdurma qızışıb
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
BMT-nin baş katibi İrandakı ölüm hökmləri ilə bağlı hesabat təqdim etdi
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
İranda əhaliyə nağd subsidiyaların paylanmasından sonra əhalinin alıcılıq qabiliyyəti daha da azalıb və yoxsulluq həddindən aşağı olan insanların sayı artıb. Bu barədə İranın İqtisadi İşlər və Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, ölkə sənayesi faktiki olaraq müflis olub.
Hesabatda «Məqsədyönlü subsidiyaların icrası» layihəsinin birinci fazasının nəticələri araşdırılıb və bu qənaətə gəlinib ki, İran əhalisi nağd subsidiyaları aldıqdan sonra daha da yoxsullaşıb və ölkə sənayesi müflisləşib: «Məqsədyönlü subsidiyaların icrası layihəsi Mərkəzi Bankdan alınan borcların artmasına, istehsal müəssisələrinin müflisləşməsinə, bəzilərinin tənbəlliyə və işsizliyə öyrəşməsinə səbəb olub və ölkə üçün başqa heç bir faydası olmayıb».
Qeyd edilir ki, nağd subsidiyaların verilməsindən sonra əhalinin alıcılıq qabiliyyəti 1,5 faiz azalıb.
Hesabatda həmçinin bildirilir ki, nağd subsidiyaların verilməsindən öncə əhalinin 25 faizi yoxsulluq həddindən aşağı yaşayırdısa, bu rəqəm subsidiyaların verilməsindən sonra 31 faizə çatıb.
Xatırladaq ki, İranın sabiq prezidenti Mahmud Əhmədinejadın dövründə ölkədə iqtisadi islahatlar aparıldı və subsidiyaların vətəndaşlara nağd şəkildə ödənilməsi layihəsi icra edildi. Həmin dövrdə bir çox iqtisadi ekspertlər subsidiyaların əhaliyə nağd ödənilməsi sisteminin elmi əsaslarının olmadığını bildirmişdi.
M.Əhmədinejad hökuməti təbliğat aparmaqla nağd subsidiya almaq üçün qeydiyyata alınanların sayını azaltmaq istəyirdi. Lakin qeydiyyat başa çatdıqdan sonra məlum oldu ki, yalnız İran əhalisinin 9 faizi nağd subsidiyaları almaq üçün qeydiyyatdan keçməyib.