Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:49 | 30 yanvar 2016 | Şənbə
Məqaləyə 1311 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
Sabiq prezident: ““Gürcü arzusu” xarici təhdidlərdən yox, daxili narazılıqdan qorxur”
Rusiya trilyon dollardan çox itki verib
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Polşa xarici işlər naziri Azərbaycanın da qoşulduğu «Şərq tərəfdaşlığı» proqramını «kənara atdıqlarını» bəyan edib. Virtualaz.org xəbər verir ki, Polşa Seyminin deputatları qarşısında çıxış edən Vitold Vaşikovski Avropa İttifaqının «Şərq tərəfdaşlığı» proqramının iflasa uğradığını bildirib.
«Avropa İttifaqı vasitəsilə yaxşı şərq siyasəti aparmaq inamı mifdir»-Polşa diplomatiyasının rəhbəri bildirib. Vaşikovski deyib ki, «Şərq tərəfdaşlığı» proqramı «yüksək qiymətə layiq deyil», çünki proqram ora daxil olan ölkələrə-Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya Aİ-yə üzv olmaq imkanı vermədi.
Nazirin sözlərinə görə, həmin proqram ora daxil olan ölkələrə ancaq Rusiya ilə Aİ arasında bufer zonası rolunu ayırırdı. «Biz «Şərq tərəfdaşlığı» konsepsiyasını düzgün olmayan konsepsiya kimi bir kənara atmışıq. Çünki proqram ora daxil olan ölkələr üçün illüziya yaradırdı, Avropa İttifaqına üzvlük perspektivi açmırdı» - Vaşikovski deyib.
Nazir əlavə edib ki, «Şərq tərəfdaşlığı» hələ 2006-2007-ci illərdə Almaniyanın «Sağlar və ədalət» partiyasının hökumətə təqdim etdiyi Avropa Qonşuluq Siyasəti konsepsiyasını əsasında yaradılıb. Onun sözlərinə görə, Kiyevdə 2013-cü ildə insanlar küçələrə çıxanda Aİ-nin bir hissəsi olmaq istəyirdilər, onun kandarında qalmağı deyil. «Ona görə də bu proqramı uğurlu hesab etmək olmaz» - Vaşikovski əlavə edib.
Polşa xarici işlər nazirinin bu fikirləri Azərbaycan prezidentinin «Şərq tərəfdaşlığı» proqramı ilə bağlı siyasətinin nə dərəcədə düzgün olduğunu bir daha nümayiş etdirir. Azərbaycan həmin proqramda yer alsa da əvvəlcədən elan etdi ki, Aİ ilə münasibətlərini ikitərəfli maraqlar üzərində quracaq. Bu baxımdan Azərbaycan Aİ-nin həmin proqram çərçivəsində irəli sürdüyü avantürist Assosiasiya sazişi ideyasına dəstək vermədi.
Hansı ki, məhz bu Assosiasiya sazişi üzündən Ukrayna Krımı və Donbassı itirdi, Rusiyanın faktiki hərbi müdaxiləsi ilə üzləşdi və ağır zərbələr aldı. Ukrayna ilə Aİ arasında Assosiasiya sazişi bu ilin yanvarından nəhayət qüvvəyə minib, ancaq əvəzində Rusiya Ukrayna mallarının öz ərazisindən tranzitini dayandırıb. Və Kiyevdə bu sazişlə bağlı ciddi məyusluq var. Eləcə də Moldova Assosiasiya sazişinə qoşulduqdan sonra gözlədiyi nəticələri əldə edə bilməyib. Bu ölkə hələ də siyasi və iqtisadi böhran içərisində boğulur...