Bəşər Əsədin növbəti soyqırımı
Rejimi on minlərlə cəsədi səhraya daşıyıb
            					
            	
                19:20 | 22 dekabr 2016 | Cümə axşamı
                Məqaləyə 1837 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Rejimi on minlərlə cəsədi səhraya daşıyıb
                                FAO 55 ölkədə 43 milyon insana yardım göstərib
                                ŞKTC parlamenti “iki dövlətli həll” qərarını qəbul etdi
                                Yeni ünvan seçimləri arasında İstanbul da var
                                6 yaşlı qızcığazın görə bildiyini görməyənlər
                                İran valyutası rekord həddə ucuzlaşdı
                                İranın nüvə proqramı barədə nə bilirik?
                                Tramp üçün qalxdığı eskalatordakı nasazlıq sabotaj şübhəsi yaratdı
                                “Dünyada savaş qaydaları çökür”
                                Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
                                İraq kəşfiyyatı Şara ilə masada
                                İran və Avropa arasında “snapback” krizi
                                Suriya və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığa başlayır
                                Suriya və İsrail masaya oturdu
                                Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
                                Rəsmi Dəməşq Paris danışıqlarından çəkildi
Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirib ki, Hələb və İdlib vilayətinin üsyançıların nəzarətində olan bəzi kəndlərini tərk etməyi gözləyən minlərlə suriyalının bu gün evakuasiya ediləcəyi gözlənilir. Ancaq pis hava şəraiti prosesin zəif getməsinə səbəb olub.
Beynəlxalq Qırmızı Xaç Komitəsi evakuasiyaya kömək edir və bu gün bildirib ki, Hələbin şərqini 34 mindən çox adam tərk edib. Şəhər 4 ildir ki, prezident Bəşər Əsədi hakimiyyətdən devirməyə çalışan üsyançıların nəzarətində idi. Yayılan rəqəmlərdə ötən gecə 4 mindən çox üsyançının da şəhəri tərk etdiyi göstərilir.
Bir həftəlik evakuasiya başa çatandan sonra Əsəd hökuməti Hələbin tam nəzarətini ələ alacaq. Hələb 2012-ci ildə başlayan müharibədən öncə Suriyada əhalinin ən sıx məskunlaşdığı şəhər olub.
BMT Baş Assambleyası isə dünən Suriyada 6 ilə yaxındır davam edən müharibədə mümkün müharibə cinayətlərinin araşdırmaq üçün müstəqil komissiyanın təşkilinə dair qətnamə qəbul edib.
Suriyanın BMT-dəki səfiri Bəşar Cəfəri isə bu addıma qarşı çıxış edib: «Nəticə artıq əvvəldən bəllidir. Necə olur ki, bu mexanizmi maliyyələşdirənlər, xüsusilə Qətər və Səudiyyə Ərəbistanı terrorizmin sponsorlarıdır. Burada həm də Avropa terrorizmini mənim ölkəmə və İraqa ixrac edən bəzi Avropa ölkələri var».
BMT baş katibi və insan haqları idarəsi dəfələrlə Təhlükəsizlik Şurasını Suriyadakı vəziyyətlə bağlı məsələni Beynəlxalq Cinayətlər Məhkəməsinə göndərməyə çağırıb. Bunun qarşısını Rusiya və Çin veto hüququndan istifadə edərək alıb.