vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7008 AZN
Avro 1 EUR = 2.0342 AZN
Rusiya rublu 1 RUB = 0.0294 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3097 AZN
Türk lirəsi 1 TRY = 0.4864 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
16:08 | 13 sentyabr 2017 | Çərşənbə Məqaləyə 286 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

O da Premyer Liqa, bu da?!

«Qarabağ» bizim çempionata görə belə uduzdu

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

O çempionat və onu oyuncağa çevirən möhtərəm ağalar barədə, türk telekanallarının gurultulu anonsu olmasın, az sonra... Biz hələ ki, gedək İngiltərəyə, dünənki «Çelsi» – «Qarabağ» oyununa.

Hə, 0:6 istənilən komanda üçün çox pis məğlubiyyət, heç vaxt silinməyəcək bir qara ləkə kimidir. Nə qədər təmizləsən də, izi həmişə qalacaq. Amma bu məğlubiyyət ümummilli faciə deyil. Çempionlar Liqasında altı da yox, yeddi, hətta səkkiz top fərqi ilə uduzan komandalar olub. Son 4-5 ildə Avropanın tanınmış klublarından «Malmö» «Real»a 0:8, «Bazel» və «Şaxtyor» «Bavariya»ya 0:7, daha əvvəl - 2007/2008-ci il mövsümündə «Beşiktaş» elə İngiltərənin başqa bir təmsilçisi – «Liverpul»a 0:8 hesabı ilə uduzmayıbmı?

Gəlin, bir az sakitləşək. Qarşıda ÇL-də daha 5 oyunumuz var. Bu nəhəng yarışın, böyük komandalarla oyunlarımızın həyəcanını, zövqünü yaşayaq. Çünki bilmək olmaz, bu gedişlə bəlkə gələn ildən başlayaraq hələ uzun illər Çempionlar Liqasının qrupuna həsrət qalacağıq (məlum, artıq şərtlər dəyişir, qrupa düşmək yolu bizim çempion komanda üçün daha da çətinləşir).

 

***

 

Əlbəttə, Qurban Qurbanov özünün və futbolçularının səhvlərini yaxşı görür və bunu etiraf  edir. Ümid edək, «Roma» ilə Bakıdakı oyuna qədər neçə vaxtdır havalı olan Şehiç özünə gələcək, ya da ehtiyat qapıçı Anton Kanibolotski əsas heyətə. Ümid edək, Ansi Aqolli o oyuna qədər zədəsini sağaldacaq. Yoxsa italyanlar da «Çelsi» kimi bizim sol cinahda at oynatmaqda davam edəcək. Ümid edək, «Qarabağ»ın müdafiə xətti daha dünənki qədər boşluqlar buraxmayacaq.

Və həm də ona ümid edək ki, bu gün «Qarabağ»ı nahaqdan topa tutan, futbolla yaxından maraqlanmayan əziz insanlarımız vaxt tapıb heç olmasa bir dəfə «Çelsi»nin özü və İngiltərə çempionatındakı oyunları ilə maraqlanacaqlar.

 

***

 

Bu yay «Çelsi» «Real»dan aldığı hücumçu Alvaro Morataya görə 80 milyon avro ödədi. 80 milyon avro bugünkü məzənnə ilə 162 milyon manat edir. 162 milyon manat isə indiki «Qarabağ»ın hardasa 10-12 illik büdcəsidir. İki komanda arasında bu və buna bənzər daha onlarla fakt sadalamaq olar. Amma təkcə bu bircə fakt yetərlidir ki, klublar arasında həm büdcə, həm futbolçu, həm səviyyə fərqini görə biləsən.

Lakin peşəkar futbolda klublar yalnız səs-küylü transferləri, futbolçuları, məşqçiləri, doğru idarəetməsi, güclü maliyyə dayaqları ilə yox, həm də iştirak etdiyi ölkənin çempionatının səviyyəsinə görə böyüyür, inkişaf edir.

İngiltərədə «Çelsi»nin iştirak etdiyi çempionatı Premyer Liqa adlandırırlar. Azərbaycanda «Qarabağ»ın iştirak etdiyi çempionatı da. Onlarda həmin yarışda 20 komanda oynayır, bizdə 8. Orda hər gün qabağa gedirlər, bizdə hər gün dala. Orda klublar özündən asılıdır, bizdə 8 komandadan 5-i federasiyadan. Oranın Ramin Musayevi «Mançester Yunayted»in işinə müdaxilə edə bilməz, amma bizim Ramin Musayev Tərlan Əhmədovu «Neftçi»yə gətirə bilər. Orda birinci diviziondan Premyer Liqaya çempion və vitse-çempionları buraxırlar, bizdə isə ancaq Rövnəq Abdullayevin oğlunun komandasını. Oranın AFFA-sı ilə PFL-i futboldan pul qazanır, bizim AFFA ilə PFL futboldan pul yeyir. Oranın Rövnəq Abdullayevi hər gün işə çıxır, bizim Rövnəq Abdullayev heç vaxt işə çıxmır (futbolda).

Orda «Çelsi» ilə rəqabət apara biləcək bəlkə 15 komanda var, bizdə «Qarabağ»la oynaya biləcək cəmi 1 komanda. Orda «Çelsi»nin hər oyununa 40 min adam gəlir, bizdə «Qarabağ»ın oyununa 500 adam. Ordakılar futbol məktəblərini öz ölkəsində, kəndində, kəsəyində açırlar, bizdəkilər yad və uzaq Almaniyada. Ordakılar klublar üçün futbolçuları İngiltərənin Tovuzunda axtarırlar, bizimkilər Dağıstanın Xasavyurtunda…

Orda Premyer Liqanı yaşadırlar, bizdə əzə-əzə məhv edirlər. Və bütün bu eybəcərliklərdən sonra sənin bir komandan AFFA-nın, PFL-in cənginə düşməkdən qurtulmağı bacarır, öz gücü ilə Çempionlar Liqasının qrupuna düşür. «Çelsi» ilə oynayır, sənə heç vaxt unutmayacağın bir futbol gözəlliyi yaşadır.

0:6-nı bir kənara qoyun, əsl futbolun dadını çıxarın, onu nəfəsinizə çəkin.

… Onsuz da bizim futbolda hər gün zəhər uduruq. (qol.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)