Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
13:51 | 18 sentyabr 2018 | Çərşənbə axşamı
Məqaləyə 3618 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
Suriyada o dərəcədə xaos var ki, Rusiyanın təyyarəsi vurulub, hələ məlum deyil kim vurub. Rusiya həmin an Latakiyada (Lazkiye) hərbi əməliyyat keçirən İsrail hərbi təyyarələrindən şübhələnir. Eyni dəqiqələrdə Aralıq dənizindəki Fransa hərbi gəmisindən Suriya istiqamətinə raketlər atıldığı da deyilir.
CNN isə ABŞ hərbi mənbələrinə istinadən bildirib ki, Rusiya təyyarəsini İsrailin hücumunu dəf etməyə çalışan Suriya vurub.
Vurulan Rusiya təyyarəsi “İl-20” tipli radioelektron mübarizə və kəşfiyyat təyyarəsidir, içində 14 hərbçi olub.
Hadisələr Putin - Ərdoğan razılaşmasından dərhal sonraya təsadüf edib. Anlaşmanın mahiyyəti budur ki, iki ölkə İdlibdə demilitarizasiya zonası yaradır, Rusiya və Suriyanın hücum etməməsinin əvəzində Türkiyə oktyabrın 10-na qədər müxalif qrupların bütün ağır silah və texnikasını, oktyabrın 15-nə qədər isə terrorçuları oradan çıxarmağa, ilin sonuna qədər strateji əhəmiyyətli Hələb-Latakiya, Hələb-Hama yollarını açmağa (yəni mərkəzi hökumətin nəzarətinə verməyə) boyun olur. Lakin terrorçuların nəyin müqabilində həmin əraziləri tərk etməyə razı olacağı və könüllü çıxmayacaqları təqdirdə, Türkiyənin onları belə qısa müddətdə hansı yolla çıxaracağı aydın deyil. Əgər terrorçular Türkiyənin sözü ilə xoşluqla oranı tərk edəcəksə, bu, heç də Türkiyə haqda müsbət rəy yaratmayacaq. Digər tərəfdən, terrorçuların hara gedəcəkləri məsələsi də var. Əgər İdlib (ümumən Suriya) torpaqlarında qalmağa davam edəcəklərsə, gec-tez onların məhv edilməsi gündəmə gələcək.
Rusiyanın burada itirəcəyi bir şey yoxdur, hərbi əməliyyata böyük xərc çəkib, dinc əhalinin ölümü və qaçqın axınına görə Qərbin sərt qınaqlarına, yeni sanksiyalarına məruz qalmaqdansa, məsələnin sakit şəkildə həlli daha yaxşıdır. Əsədin də tələbləri qismən yerinə yetirilir. Türkiyə üçün müsbət tərəfi budur ki, sərhədlərinin lap yaxınlığında yeni qanlı savaşın və bunun nəticəsində yüz minlərlə qaçqının ölkəyə axınının qarşısı alınır, türk hərbi kontingenti bölgədə qalmağa davam edir. (Əgər razılaşmanın şərtləri yerinə yetirilərsə).
Anlaşmanın əsas siyasi nəticəsi isə budur ki, Astana formatı qorunur, Türkiyə - Rusiya - İran tərəfdaşlığı qüvvədə qalır. Yəqin ki, ABŞ-Türkiyə gərginliyinin yenidən artmasının şahidi olacağıq.