vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
18:25 | 4 may 2019 | Şənbə Məqaləyə 830 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Finala azı 30 min azarkeş gəlir

Bakıda ərəbləri avropalılar əvəz edəcək

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla “Arsenal” və “Çelsi” üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. Bu yazıda futbola toxunmayacam. Gəlirəm işin o tərəfinə ki, mayın 27-30-u arası Bakı və Azərbaycan tarixində heç vaxt olmadığı qədər – bir futbol matçına görə ən azı 30 min əcnəbini qonaq edəcək (beləliklə, şəhərimizdə bir neçə günlük də olsa, avropalı turistlər ərəbləri xeyli üstələmiş olacaq).

Bu, UEFA-nın keçirdiyi yarışların təkcə idman deyil, həm də iqtisadi baxımdan nə qədər mühüm əhəmiyyət daşıdığını növbəti dəfə təsdiqləyən faktdır. Mən AFFA-nın fəaliyyətini daim və hesab edirəm ki, haqlı olaraq tənqid edən azsaylı jurnalistlərdənəm, amma etiraf edim ki, Avroliqanın finalının, eləcə də “Avro-2020”nin 4 oyunun Bakıya salınması federasiyanın 27 illik fəaliyyətinin ən uğurlu nailiyyətidir. Və qarşıdakı bir futbol matçından udan daha çox Azərbaycanın iqtisadiyyatı, sahibkarlar və vergi sistemi olacaq.

Aprelin 30-u AFFA-nın yaydığı rəsmi açıqlamaya görə, UEFA-nın onlayn satışa çıxardığı 21 min 500 ədəd bilet məhz 100-dən artıq müxtəlif xarici ölkənin vətəndaşları tərəfindən alınıb. Üstəgəl 12+4 min bilet iki finalçı komandanın azarkeşləri üçün ayrılıb (hər bir finalçı üçün 6 min bilet nəzərdə tutulub, finalçıların istəyinə uyğun olaraq hər biri üçün daha 2 min bilet əlavə oluna bilər). Bu yerdə Avropa Liqasının final matçına gələcək əcnəbi vətəndaşlar üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Prezidentinin bu ilin martında imzaladığı sərəncam xüsusi müsbət məqamlardan biri kimi qeyd olunmalıdır.

Mənə indi başqa bir məsələ maraqlıdır. Görəsən, Bakıdakı otellərin, hostellərin azı 2 gündə bu qədər turisti qəbul etməyə imkanı varmı? Bildiyimə görə, mayın 29-u və öncəki günləri paytaxtdakı bir çox otellərdə nömrələr bir müddət əvvəldən rezerv olunub.

İndi gələk məsələnin rəngarəng tərəfinə.

Əgər finala ingilislər çıxacaqsa, o zaman mayın 28-29-u günü paytaxt küçələrində yaşanacaq şoulara hazır olmaq lazımdı. Düzdü, mümkündür ki, finalçı komandalardan bir alman, yaxud ispan olsun. Və ya elə hər iki finalçı bu ölkələri təmsil etsin. Amma yuxarıda qeyd etdiyim kimi, dünənki ilk yarımfinal oyunları (“Arsenal” – “Valensiya” - 3:1, “Ayntraxt” – “Çelsi” - 1:1) Bakı finalında iki ingilis klubunun qarşılaşacağı ehtimalını daha da artırır. Bəs, ingilislər Bakıda nə edəcəklər?

Ucadan danışıb-güləcəklər, yeyib-içəcəklər, həmin günlər Bakının mərkəzi küçələrini pivə qoxusu bürüyəcək. Bugünlərdə AFFA-nın baş katibi Elxan Məmmədov rus jurnalistlərə yarızarafat, yarıciddi söyləyib ki, final üçün ayrılan 7 milyonluq xərci təkcə pivə satışından çıxarmaq mümkün olacaq. Həqiqətən də ingilislər pivəni sevən xalqdır. Pivə içdikdən sonra oynayıb-oxuyacaqları gözləniləndi. Amma bir qrup ingilis azarkeşinin ənənəvi olaraq öz aralarında (çünki rəqib, indiki proqnoza görə, iki ingilis klubu olacaq) dava salmaq ehtimalı daha yüksəkdir. Lakin 2 gün öncə Azərbaycan Daxili İşlər Nazirliyinin rəsminin verdiyi açıqlamada qeyd olunduğu kimi, bizim hüquq-mühafizə orqanlarının həmişə kimi, bu yarışın da təhlükəsizliyini yüksək səviyyədə təmin edəcəyinə şübhəm yoxdur.

Beləliklə, mayın 25-dən sonrakı günləri və 29-nu gözləyək. Həqiqətən Bakıda böyük bir futbol bayramı olacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)