vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
18:10 | 6 may 2019 | Bazar ertəsi Məqaləyə 1895 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sanksiyalar İrani hara aparır?

Rial sürətlə düşür, qiymətlər 75 faiz qalxıb, dost Suriyaya kredit xətti bağlanıb

Avigdor ESKİN, regnum.ru

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikanın İrana qarşı sərtləşdirdiyi sanksiyaların yeni mərhələsi mayın birində qüvvəyə minib. Çoxları bu tarixi gözləyir və hesab edirdilər ki, birbaşa zəhmətkeşlərin həmrəylik Günündə Fars səltənətində hər şey çökəcək. Həmin gün İranın bir çox şəhərlərində çoxminlik nümayişlərlə nəticələnib. Amma buna səbəb sanksiyalar deyil, müəllim, tələbə və həmkarlar üzvlərinin artan narazılığı idi. İranda iğtişaşlar artıq ilyarımdır davam edir. Amma bunlar hələlik coşqun inqilabi alov verməyən, azca közərən tonqal xarakteri daşıyır.

Sanksiya qaykalarının bərkidilməsi Tehran mərkəzi bazarının işinin gedişində bir anda əks olunmur. Oradan xəbər verirlər ki, iş həmişəki kimidir, amma məyusluq var. Yüksələn inflyasiya və yoxsullaşma orada da duyulur. Prezident Tramp, təxminən, bir il qabaq ABŞ-ın İranın nüvə proqramı üzrə müqavilədən çıxdığını elan edib. Sanksiyalar avqustdan qüvvəyə minib. Həm də İranla qarşılıqlı münasibətləri davam etdirən bütün xarici şirkətlər sanksiyalara düşüb. Avropa dövlətləri və Rusiya ABŞ-ın örnəyini izləmək və nüvə sazişindən çıxmaqdan imtina edib. Lakin Avropa və Rusiyanın praktik olaraq bütün böyük şirkətləri İran bazarını tərk ediblər.

Amerika qadağaları sferası avqustdan İrana nağd dollar vermək üzrə əməliyyatların yasaqlanması, onunla qızıl və qiymətli daş-qaş alveri, İran valyutası ilə istənilən sövdələşməni, İranın dövlət borclarını almaq üzrə istənilən əməliyyatı, alüminium, qrafit, polad, kömür ticarətinə yasaqları birləşdirir. Qadağalar sənaye miqyasında proqram təminatı, sərnişin təyyarələri və hətta qara kürü tədarükünə də toxunub.

İranın neft ixracının önlənməsi üçün noyabrın 5-dən iş başlanıb. Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan üçün yarım il istisna edilmişdi. Və budur, sözügedən ölkələrin İrandan neft alqısını indiyə kimi davam etdirən firmaları da mayın 1-dən sanksiyalara düşəcək.

Şübhə etməmək olar ki, İran neftinə tələbatın xüsusən yüksək olduğu ölkələrdə ticarətin davam etdirilməsi üçün ötəri və ya yalançı firmalar meydana çıxacaq. Amma çətin ki, bu, İranı iqtisadi çöküşdən saxlayar. İran 2018-ci ilin başlanğıcında gündə 2,3 milyon barrel neft ixrac edib. İndiki anda bu rəqəm ikiqat azalıb. Gözlənilir ki, Tehran indiki sanksiyalar nəticəsində gündə “əlaltından” yarım milyon bareldən çox sata bilməz.

Çünki neft ixracatı İranın dövlət büdcəsinin, haradasa, yarısıdır, təəccüblü deyil ki, ölkə təsərrüfatı artıq ən dərin böhrandadır. Prezident Ruhani deyib ki, bu, 1979-cu ilin inqilab günlərindən bəri ən mühüm böhrandır. Özünüz mülahizə edin. 2017-ci ilin noyabrında İranın qara bazarında dolları 35 min riala, bu gün isə yüz otuz min riala satırlar.

Bununla belə, İranda indiki rejimi ən yaxın gələcəkdə uzaqlaşdırmağa qabil kütləvi xalq çıxışları müşahidə etmirik. Görünür, Vaşinqtonda  hamı rejimin dəyişdirilməsinə güc və vəsait sərf etməyə hazır deyil. Dövlət katibi və MKİ-nin keçmiş direktoru Maykl Pompeo bu günlərdə analitik “Intelligence matters” internet potralı üçün MKİ-nin keçmiş direktoru Maykl Morrelə müsahibə verib. Morrel MKİ rəhbərliyinin Trampa müxalif komandasının üzvü kimi qalmaqla hələ bir il qabaq göstərmişdi ki, Müllerin komissiyasında Trampa qarşı heç bir material yoxdur. O bu söhbətdə də gərəkli peşəkar nəzakəti göstərib. Pompeo İrandan söz düşəndə birbaşa deyib ki, onun administrasiyasının vəzifəsi İranın Yaxın Şərqdə “Hizbullah”, “Həmas” və başqa radikal terror birliklərinə dəstəyini dayandırmaqdır. Lakin o, İranda rejimin dəyişdirilməsi haqda bir kəlmə də deməyib. Hətta dövlət katibi İranla yeni nüvə sazişinin əldə edilməsi imkanından birbaşa danışıb. Ola bilsin, Pompeo İranla nüvə silahı üzrə daha sərt sazişlə və onun bölgədə öz sərhədlərindən qıraqda özəl fəaliyyətinin dayandırılmasıyla kifayətlənməyə hazır olanların rəyini ifadə edir. İstisna etmək olmaz ki, İran daxilindəki nisbi sakitlik Amerikanın nisbi təmkin siyasətinin praktikada təzahürünün nəticəsidir. Tramp administrasiyası iqtisadi “buruntaq” vasitəsilə İranın yalnız qabağını almağa can atırsa, onda nəticələr tamamilə yetərlidir.

İran Suriyadakı şiə milislərinə donluq verməyi dayandırıb. Əslində, bu adamlara Suriyanın onsuz da yazıq əhalisini qarət etməklə məşğul olmaqdan başqa bir şey qalmır.

Tehran Suriyadakı energetika böhranıyla bağlı ona yardımdan da artıq imtina edib. O, dost rejimə neft satmağa hazırdır, amma pulu yalnız qabaqcadan ödənilməklə.

İran xarici işlər naziri Zərif aprelin 16-da Dəməşqə səfər edib, amma heç bir uzlaşma əldə edilməyib. Suriyanın Əsəd rejimini dəstəkləyən “Al-Vatan” qəzeti növbəti gün Tehranın müttəfiqə kredit xəttini bağladığı haqda məqalə ilə çıxıb.

Biz bu gün Amerikanın İrana qarşı yeni sanksiyalarını müzakirə etdik. Yuxarıda yazılanlar habelə anlamağa yadım olar ki, Netanyahu hökuməti niyə Qəza sektorundan fitnəkarlıq və terrorizm aktlarına münasibətdə təmkin göstərir. Radikal qrupların sponsoru İran idi və belə də qalır. Amma, görünür, bütün maliyyələşmənin dayanacağı gün yaxınlaşır. Sonra isə, ola bilsin, köhnə lətifədəki kimi olacaq: özü yoxa çəkiləcək…